...

Azərbaycanda traktor istehsalı 37 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2014 18:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir E.İsmayılov/

2014-cü ilin yanvar ayında Azərbaycanda 39 minik avtomobili istehsal olunub ki, bu da 2013-cü ilin müvafiq dövrünün göstəricisindən 21,9 faiz çoxdur. Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən bildirilib.

2013-cü ildə Azərbaycanda 424 minik avtomobili istehsal olunub ki, bu da 2012-ci ilin göstəricisindən 21,8 faiz azdır.

Komitədən bildiriblər ki, 2013-cü ilin yanvar ayında olduğu kimi, hesabat dövründə də ölkədə yük avtomobili istehsal olunmayıb. Məlumata görə, 2013-cü ildə respublikada 246 yük maşını istehsal olunub ki, bu da 2012-ci illə müqayisədə 52,8 faiz çoxdur.

Ötən ay traktor istehsalında xeyli artım müşahidə olunub. Belə ki, hesabat dövründə ölkədə 111 traktor istehsal edilib. Bu, 2013-cü ilin müvafiq dövrünün göstəricisindən 37 dəfə çoxdur.

2013-cü ildə ölkədə 739 traktor istehsal edilib. Bu, 2012-ci ilin göstəricisindən 19,6 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti