...

Podqoritsada Azərbaycan-Monteneqro biznes forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Fevral 2014 19:47 (UTC +04:00)
2014-cü il martın 4-7-də Azərbaycan nümayəndə heyəti Monteneqroya səfər edəcək.
Podqoritsada Azərbaycan-Monteneqro biznes forumu keçiriləcək

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir E.Əliyev/

2014-cü il martın 4-7-də Azərbaycan nümayəndə heyəti Monteneqroya səfər edəcək.

Trend-in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən verdiyi məlumata görə, martın 5-də İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Podqoritsa şəhərində Monteneqro-Azərbaycan biznes forumunun keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2013-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 11,85 min dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti