...

Bank Respublika öz Facebook istifadəçiləri üçün "Bahar viktorinası" keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2014 14:47 (UTC +04:00)
Novruz bayramı ərəfəsində Bank Respublika öz Facebook istifadəçilərini Bahar viktorinasında iştirak etməyə dəvət edir.
Bank Respublika öz Facebook istifadəçiləri  üçün "Bahar viktorinası" keçirir

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Novruz bayramı ərəfəsində Bank Respublika öz Facebook istifadəçilərini Bahar viktorinasında iştirak etməyə dəvət edir.

Bankdan Trend-ə verilən məlumata görə, bayram gününədək hər çərşənbə axşamı (25 fevral, 4,11,18 Mart) Facebook istifadəçilərinə müxtəlif mövzularda 3 sual veriləcək. Suala hamıdan tez və doğru cavab yazan ilk 3 viktorina iştirakçıları qalib elan ediləcək. Hər sual üzrə 3 qalib MasterCard Standard və 50 azn mükafatını əldə edəcəklər.

Qaliblərin hər birinə balansında 50 manatlıq MasterCard Standard kartı və xüsusi bayram hədiyyələri təqdim olunacaq. Viktorinada iştirak etmək üçün Bankın Facebook səhifəsində aksiya barəsində dərc olunmuş statusa istifadəçinin "İştirak edəcəm" şərhini yazması yetərlidir.

Aksiyanın şərtləri haqqında daha ətraflı məlumatla buradan tanış olmaq mümkündür:

http://www.bankrespublika.az/uploads/FACEBOOK_Novruz.pdf

Məqalədə:
Xəbər lenti

Xəbər lenti