...

Fazil Məmmədov Mingəçevir şəhərində vətəndaşları qəbul edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2014 16:10 (UTC +04:00)
Bu gün vergilər naziri Fazil Məmmədov Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində Mingəçevir şəhərindən, Yevlax və Goranboy rayonlarından olan vətəndaşları qəbul edib.
Fazil Məmmədov Mingəçevir şəhərində vətəndaşları qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Bu gün vergilər naziri Fazil Məmmədov Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində Mingəçevir şəhərindən, Yevlax və Goranboy rayonlarından olan vətəndaşları qəbul edib.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, vergilərin hesablanması, ödənilməsi, nəzarət kassa aparatlarının tətbiqi, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi, vergi orqanlarına işə qəbul və digər məsələlərlə bağlı 50-dən çox vətəndaş vergilər nazirinə müraciət edib.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb, bir sıra məsələlərin araşdırılması və lazımi tədbirlər görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldırdıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti