...

Cavid Qurbanov: Azərbaycanda yolların yenidən qurulması razılaşdırılmış qaydada aparılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2014 12:46 (UTC +04:00)
Hazırda Azərbaycanda yolların yenidən qurulması və kommunikasiyaların yaradılması işləri razılaşdırılmış qaydada aparılır.
Cavid Qurbanov: Azərbaycanda yolların yenidən qurulması razılaşdırılmış qaydada aparılır

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir E.İsmayılov/

Hazırda Azərbaycanda yolların yenidən qurulması və kommunikasiyaların yaradılması işləri razılaşdırılmış qaydada aparılır. Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin rəhbəri Cavid Qurbanov bildirib.

Kommunikasiya xətlərinin çəkilişi zamanı avtomobil yollarının asfalt-beton örtüyünün dağılması avtomobil yollarının zədələnməsinə səbəb olur və bərpa üçün əlavə xərclər tələb edir.

Onun sözlərinə görə, infrastrukturun yaradılması, yəni qaz və su kəmərlərinin çəkilişi müasir həyatın zəruri və ayrılmaz hissəsidir. Əgər əvvəllər yolların salınması, yenidən qurulması və infrastrukturun yaradılması zamanı razılaşdırılma yox idisə, son vaxtlar bu məsələdə böyük irəliləyiş əldə olunub: "İndi bu işlərin hamısı protokollar əsasında razılaşdırılır".

2013-cü ildə Azərbaycanda istismar olunan avtomobil yollarının ümumi uzunluğu 2003-cü ildəki 18,75 minə qarşı 19 min kilometr təşkil edir. İstismar olunan avtomobil yollarının ümumi uzunluğundan 17 529 kilometr "Azəryolservis" ASC-nin balansındadır. 10 il ərzində Azərbaycanda tikilən, yenidən qurulan və təmir olunan yolların uzunluğu 8332 kilometr təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti