...

Beynəlxalq təşkilatlar yalnız Azərbaycanın rəsmi statistik məlumatlarından istifadə edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2014 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir H.Vəliyev/

Beynəlxalq təşkilatlar hesabat və aradırmaların hazırlanması zamanı yalnız Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) rəsmi məlumatlarından istifadə edəcəklər. Trend-in məlumatına görə, bu barədə 2013-cü ilin yekunlarına həsr edilmiş mətbuat konfransında Komitənin Məlumatın yayılması şöbəsinin müdiri Meri Əmirova bildirib.

Onun sözlərinə görə, DSK beynəlxalq təşkilatların statistik göstəricilərini diqqətlə təhlil edərək ölkənin rəsmi statistik göstəriciləri ilə xeyli uyğunsuzluq aşkara çıxarıb və bu barədə həmin təşkilatlara xəbər verilib: "Beynəlxalq təşkilatların hesabatlarındakı göstəricilər ildə bir dəfə yoxlanılır. Bizə bildirildiyinə görə, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın rəsmi statistikası fərdi metodiki hesablardan istifadə olunmaqla hazırlanır ki, bu da bizim fikrimizcə, düzgün deyil. Sual yaranır: əgər diqqətə alınmırsa, onda rəsmi statistika nəyə lazımdır? Azərbaycanın Statistika Komitəsi respublika üzrə statistik məlumatlar yayan rəsmi orqandır".

Şöbə müdiri qeyd edib ki, hazırda bu məsələ praktiki olaraq həll olunub və beynəlxalq təşkilatlar analitik icmalların hazırlanması zamanı istisnasız olaraq Azərbaycan Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarından istifadə edəcəkləri ilə razılaşıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti