...

Elman Mehdiyev: Azərbaycanda icbari tibbi sığortanın maliyyələşdirilməsi modelinə yenidən baxılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Fevral 2014 11:48 (UTC +04:00)
Azərbaycanda icbari tibbi sığortanın maliyyələşdirilməsi modelinə yenidən baxılması üçün işçi qrup yaradılıb.
Elman Mehdiyev: Azərbaycanda icbari tibbi sığortanın maliyyələşdirilməsi modelinə yenidən baxılacaq

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir A.Axundov/

Azərbaycanda icbari tibbi sığortanın maliyyələşdirilməsi modelinə yenidən baxılması üçün işçi qrup yaradılıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri Elman Mehdiyev bildirib.

Onun sözlərinə görə, DSMF-nin mütəxəssislərinin də daxil olduqları işçi qrupun vəzifələrinə bu model üçün alternativlərin axtarışı daxildir.

Bu qərar fevralın 21-də Nazirlər Kabinetinin səhiyyənin maliyyələşdirilməsinin təkmilləşdirilməsi və icbari sığortanın tətbiqinə həsr olunmuş geniş iclasında qəbul olunub. İclasda səhiyyə sahəsində islahatların inkişafını nəzərdə tutan icbari tibbi sığortanın tətbiqi sahəsində işlərin sürətləndirilməsinin vacibliyi qeyd olunub.

Azərbaycanda "Tibbi sığorta haqqında" qanun 1999-cu ildə qəbul olunub. Azərbaycan bu mexanizmin yerinə yetirilməsi üçün Almaniya, Hollandiya, Norveç və Rusiyanın təcrübəsini öyrənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti