...

Mərkəzi Bankın sədri Dünya Bankının nümayəndə heyəti ilə görüşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Fevral 2014 18:09 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Dünya Bankının Yoxsulluğun azadılması və makroiqtisadiyyat üzrə sektor meneceri Karolina Sançezin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mərkəzi Bankın sədri Dünya Bankının nümayəndə heyəti ilə görüşüb

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Dünya Bankının Yoxsulluğun azadılması və makroiqtisadiyyat üzrə sektor meneceri Karolina Sançezin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AMB-dən Trend-ə verilən məlumata görə, görüşdə yoxsulluğun azaldılması, inkluziv iqtisadi artımın və bölüşdürülmüş rifahın təşviq edilməsi üzrə Dünya Bankının yeni diaqnostik yanaşması və bu əsasda hazırlanacaq strateji təklifləri əhatə edəcək layihə müzakirə edilib.

Görüş zamanı Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığının yüksək səviyyədə olduğunu vurğulayan E.Rüstəmov nümayəndə heyətinə mövzunun aktuallığı, Azərbaycanda yoxsulluğun aşağı səviyyədə olması, yeni iş yerlərinin açılması, bu istiqamətdə görülmüş işlər, inkluziv artım və onun əsas amilləri barədə məlumat verib.

Daha sonra K.Sançez Dünya Bankı tərəfindən tətbiq ediləcək yeni metodologiya və onun gözlənilən nəticələri barədə məlumat verib, bu hədəflərə nail olmaq üçün ölkə üzrə müvafiq təhlilin aparılmasının nəzərdə tutulduğunu bildirib.

Görüşdə, həmçinin aparılacaq araşdırma üçün məlumatların toplanması və təhlili üzrə əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti