...

AXA MBASK əhalini maarifləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2014 12:44 (UTC +04:00)
AXA MBASK sığorta şirkəti ölkə ərazisində əhalinin sığorta mədəniyyətinin səviyyəsini artırmaq məqsədilə “AXA MBASK Akademiya” proqramı çərçivəsində “AXA MBASK əhalini sığorta sahəsində maarifləndirir” adlı yeni sosial layihəyə başlamışdır.
AXA MBASK əhalini maarifləndirir

Azərbaycan, Bakı, 28 fevral /Trend/

AXA MBASK sığorta şirkəti ölkə ərazisində əhalinin sığorta mədəniyyətinin səviyyəsini artırmaq məqsədilə "AXA MBASK Akademiya" proqramı çərçivəsində "AXA MBASK əhalini sığorta sahəsində maarifləndirir" adlı yeni sosial layihəyə başlamışdır.

Şirkətdən Trend-ə verilən məlumata görə, onun əsas məqsədi - layihə iştirakçılarını sığorta ilə yaxından tanış etmək, onun tarixi, əhəmiyyəti, məhsullar, distribyutor kanalları, yerli və beynəlxalq bazarlarda cari vəziyyəti, bazar iştirakçılarının üzləşdiyi problemlər və onların həlli yolları barədə məlumat verməkdən ibarətdir.

Qubada keçirilən ilk seminarda, 200-ə yaxın adam iştirak etmişdir. Seminarda AXA MBASK şirkətinin aparıcı mütəxəssisləri könüllü sığorta ilə icbari sığortanın fərqlərindən başlayaraq əsas sığorta məhsulları və satış kanallarının xüsusiyyətləri kimi müxtəlif mövzuları ətraflı izah etdilər. Sığorta hadisəsi baş verdikdən sonra sığorta iddiaların tənzimlənmə qaydaları və prosedurları ayrıca blokda işıqlandırıldı.

Çıxış zamanı spikerlər sığortaya aid terminlərdən istifadə etməməyə çalışırdılar və anlaşılmayan məqamlar olduğu halda iştirakçılara ətraflı izahat verilirdi. Seminarın sonunda brifinq təşkil olundu və burada iştirakçılar mühazirəçilərə təqdimatlarla bağlı suallar verdilər.

Şirkət rəhbərliyi əmindir ki, əhalinin maliyyə sahəsində savadının artırılması ümumilikdə həm regionun iqtisadiyyatına, həm də vətəndaşların rifahı və gəlirinin səviyyəsinə də müsbət təsir göstərir. Bundan sonra da müntəzəm olaraq ölkənin müxtəlif regionlarında da buna bənzər seminarlar keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, sığorta bazarının liderlərindən biri olan AXA MBASK SŞ 2010-cu ildən etibarən şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarının tətbiqi prosesinə başlayıb.

Sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışların inkişafı planı həyata keçirilməklə, qısa müddət ərzində bütün Azərbaycan ərazisində fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş 80-ə yaxın sığorta polislərinin satışı məntəqəsi açılmışdır.

Avropa keyfiyyətli xidmət, habelə ödənişlərin vaxtlı-vaxtında və tam həyata keçirilməsi şirkətin qısa zaman ərzində "İlin sığorta şirkəti" kimi beş beynəlxalq və milli mükafatlara layiq görülməsinə gətirib çıxarmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti