...

Azərbaycanda iş yerlərinin əmək standartlarına uyğunluğunun yoxlanması üçün xüsusi laboratoriyalar yaradılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2014 11:36 (UTC +04:00)
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iş yerlərinin əməyin mühafizəsi normalarına uyğunluğunun müasir üsullarla ekspertizası üçün xüsusi laboratoriyaların yaradılması işlərinə başlanılıb.
Azərbaycanda iş yerlərinin əmək standartlarına uyğunluğunun yoxlanması üçün xüsusi laboratoriyalar yaradılacaq

Azərbaycan, Bakı, 1 aprel /Trend/

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iş yerlərinin əməyin mühafizəsi normalarına uyğunluğunun müasir üsullarla ekspertizası üçün xüsusi laboratoriyaların yaradılması işlərinə başlanılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə daxil olan məlumata görə, bununla əlaqədar ilkin mərhələdə ƏƏSMN-in sifarişi əsasında Bakı şəhərində nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Laboratoriyasının tikintisinə hazırlıq işləri aparılır.

Sonrakı mərhələdə digər bölgələrdə də belə laboratoriyaların yaradılması reallaşdırılacaq. Hazırda laboratoriyalar üçün xarici ölkələrdən müasir texniki avadanlıqlar alınaraq gətirilib və onların Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyata alınaraq sertifikatlaşdırılması istiqamətində işlər aparılır.

Laboratoriyalar tərəfindən ilk növbədə istehsal sahələrində əmək şəraitinin ekspertizası, insan sağlamlığına mənfi təsir göstərən zərərli fiziki-kimyəvi-bioloji amillərin, toksiki maddələrin tədqiq olunması təmin ediləcək. Hər hansı iş yerində işçilərin həyat və sağlamlığına mənfi təsir göstərən amillər aşkarlandığı təqdirdə həmin müəssisə ilə bağlı müvafiq inzibati tədbirlər görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti