...

"Əmrah Sığorta"nın aktivləri cüzi artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2014 16:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycanın sığorta şirkəti "Əmrah Sığorta"nin aktivləri 2013-cü ildə fəaliyyətinin yekunları üzrə ilin əvvəlindəki 6,09 milyon manata nisbətdə 1,1 faiz artaraq 6,15 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə şirkətin rəsmi mətbuatda dərc edilən balans hesabatında deyilir.

Şirkətin maliyyə hesabatlılığı "RR-VAM Beynəlxalq Audit Konsltinq" MMC tərəfindən yoxlanılıb.

Hesabata görə, 2013-cü ilin sonunda şirkətin uzunmüddətli aktivləri 45,9 milyon manat, qısamüddətli aktivləri isə 6,11 milyon manat təşkil edib.

2013-cü ildə pul vəsaitlərində və onların ekvivalentlərində 3,71 milyon manat yığılıb. Bu həcmdən 1,7 milyon manat valyuta hesabında, 1,94 milyon manat isə depozit hesablarında yığılıb.

Şirkət ötən ili 377 min manat mənfəətlə başa vurub.

2013-cü ilin yekunları üzrə şirkətin ödənilmiş nizamnamə kapitalı 2012-ci ilin sonlarındakı 4,74 milyon manata nisbətdə beş milyon manat səviyyəsində qalıb. Ötən ilin sonunda şirkətin məcmu kapitalı 2012-ci illə müqayisədə 6,8 faiz artaraq 5,33 milyon manat təşkil edib.

Şirkətin məcmu öhdəlikləri təqribən 25 faiz azalaraq 0,825 milyon manat təşkil edib.

Ötən ilin yekunları üzrə şirkətin gəlirləri 1,51 milyon manat, xərcləri isə 1,13 milyon manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti