...

Sahibkarlığa Kömək Milli Fondunun 2013-cü il üzrə maliyyə hesabatlarının auditi keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2014 17:58 (UTC +04:00)
"PraysvoterhausKupers" beynəlxalq audit şirkəti tərəfindən Beynəlxalq Audit Standartları əsasında İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun 2013-cü il üzrə maliyyə hesabatlarının auditi keçirilib.
Sahibkarlığa Kömək Milli Fondunun 2013-cü il üzrə maliyyə hesabatlarının auditi keçirilib

Azərbaycan, Bakı, 1 aprel /Trend/

"PraysvoterhausKupers" beynəlxalq audit şirkəti tərəfindən Beynəlxalq Audit Standartları əsasında İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun 2013-cü il üzrə maliyyə hesabatlarının auditi keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, audit zamanı Fondda səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin tətbiqi, Fondun maliyyə hesabatlarının beynəlxalq maliyyə standartlarına, mühasibat sisteminin isə Azərbaycan Respublikasının qanunvericiliyi və mühasibat standartlarına uyğunluğu təhlil edilib.

"PraysvoterhausKupers" beynəlxalq audit şirkəti tərəfindən verilmiş rəyə əsasən, Sahibkarlığa Kömək Milli Fondunun 2013-cü il üzrə maliyyə fəaliyyəti müsbət qiymətləndirilib, maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq aparıldığı müəyyən olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti