...

AZPROMO: Azərbaycan biznesi Rusiyaya intensiv sərmayə qoyur (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2014 13:39 (UTC +04:00)
Azərbaycan biznesi Rusiyaya intensiv sərmayə qoyur. 2012-ci ilin sonlarına olan məlumata görə, Rusiyaya birbaşa investisiyalar 789 milyon dollar təşkil edib.
AZPROMO: Azərbaycan biznesi Rusiyaya intensiv sərmayə qoyur (FOTO)

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycan biznesi Rusiyaya intensiv sərmayə qoyur. 2012-ci ilin sonlarına olan məlumata görə, Rusiyaya birbaşa investisiyalar 789 milyon dollar təşkil edib. Trend-in məlumatına görə, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov çərşənbə günü Bakıda Moskvanın kiçik və orta müəssisələrinin işgüzar missiyasının açılışına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya şirkətləri də Azərbaycanda fəaldırlar: son 10 il ərzində Azərbaycanda Rusiya kapitallı 570 şirkət qeydiyyata alınıb ki, onlar yerli iqtisadiyyata 600 milyon dollardan artıq sərmayə yatırıblar.

R.Məmmədov Moskvadan, eləcə də Rusiyanın regionlarından sahibkarların yüksək marağının olduğunu qeyd edib. Onun sözlərinə görə, son üç ildə hər iki ölkənin iş adamlarının iştirakı ilə təkcə AZPROMO-nun xətti ilə 16 biznes forumu və işgüzar görüş keçirilib.

Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri Vladimir Komolovun sözlərinə görə, son vaxtlar Azərbaycanla Rusiya arasında regionlararası əlaqələr genişlənib: "Bu yaxınlarda Bakıya Sverdlovsk vilayətinin sahibkarlarından ibarət nümayəndə heyəti gəlib, bu gün Stavropol diyarının nümayəndələri gəlir".

Azərbaycanın RF-dəki səfirinin müavini Qüdsi Osmanov və Moskva şəhərinin Elm, sənaye siyasəti və sahibkarlıq departamenti rəhbərinin müavini Dmitri Knyazev iki ölkənin biznes dairələrinin əməkdaşlığa olan yüksək maraqlarını ifadə ediblər, bu cür görüşlərin keçirilməsinin faydasından danışıblar.

Moskvalı sahibkarların səfəri RF regionlarının 40 şəhərində və xarici ölkələrdə keçirilən "Biznes marafonu 2014" layihəsinin bir hissəsidir. Layihənin məqsədi iki regionun sahibkarlarının ticarət və istehsalat sahəsində birbaşa qarşılıqlı əlaqələrinin qurulmasına yardım etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti