...

ASA-nın Könüllü sığorta komitəsinin iclası keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2014 15:04 (UTC +04:00)
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Könüllü sığorta komitəsinin iclası keçirilib.
ASA-nın Könüllü sığorta komitəsinin iclası keçirilib

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Könüllü sığorta komitəsinin iclası keçirilib.

ASA-nın sədri Orxan Bayramov bildirib ki, sığorta şirkətlərinin nümayəndələrinin iştirak etdiyi iclasda könüllü sığorta sektoru ilə bağlı bir sıra vacib məsələlər müzakirə olunub. Müzakirə olunan məsələlərdən biri ipoteka kreditləşməsi zamanı əmlakın sığortalanmasına aiddir. Qeyd edilib ki, uzunmüddətli müqavilələr zamanı sığortalanan əmlakın qiymətində dəyişikliklər baş verdiyi halda sığorta məbləğinin dəyişməz qalması müəyyən uyğunsuzluqlara səbəb olur. İclasda bu uyğunsuzluğun aradan qaldırılması üçün təkliflər səsləndirilib.

Toplantıda müzakirə olunan digər mühüm məsələ sığortaçıların keyfiyyət reytinqinin tərtib edilməsi olub. O.Bayramovun sözlərinə görə, burada beynəlxalq təcrübədən istifadənin vacibliyi qeyd olunub. Bu reytinqlər şirkətlərin nə dərəcədə səmərəli və peşəkar işlədiyini müəyyən edəcək. Bu, müştərilərin şirkətləri vacib göstəricilərə görə seçməsinə yardım edəcək.

Digər müzakirə olunan məsələ - yük sığortaları üzrə beynəlxalq təcrübədə tətbiq olunan vahid qaydaların tərcümə edilərək Maliyyə Nazirliyinə təsdiq üçün göndərilməsini təşkil etmək məqsədilə içşi qrupunun yaradılması nəzərdə tutulub.

İclasda qeyd olunan məsələlər ətrafında geniş müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti