...

"Coca-Cola" şirkəti "Dünya kuboku" kampaniyasına start verdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2014 16:45 (UTC +04:00)
"Coca-Cola" şirkəti tarixində ən iri marketinq kampaniyası olan "Dünya kuboku"na start verərək, dünya ictimaiyyətini futbolu müsbət sosial qüvvə kimi dəyərləndirməyə çağırır. Bu barədə şirkətin Trend-ə daxil olan məlumatında deyilir.
"Coca-Cola" şirkəti "Dünya kuboku" kampaniyasına start verdi

Azərbaycan, Bakı, 3 aprel /Trend/

"Coca-Cola" şirkəti tarixində ən iri marketinq kampaniyası olan "Dünya kuboku"na start verərək, dünya ictimaiyyətini futbolu müsbət sosial qüvvə kimi dəyərləndirməyə çağırır. Bu barədə şirkətin Trend-ə daxil olan məlumatında deyilir.

Futbol üzrə 2014-cü ildə keçiriləcək Dünya kubokunun oyunlarını daha əlçatan və əhatəli etmək məqsədi ilə "Coca-Cola" şirkəti "Dünya kuboku" kampaniyası vasitəsilə məhdudiyyətsiz geniş iştirak və dialoq imkanı yaratmaq niyyətindədir. "Dünya kuboku" kampaniyası bir sıra əsas elementdən ibarətdir ki, bura "Bir Dünya, Bir Oyun" televiziya filmi, "Xoşbəxtlik hara gələcək" adlı qısa sənədli filmlər silsiləsi, "Coca-Cola 2014 Dünya kuboku"nun rəsmi himn kampaniyası, "Xoşbəxtlik bayrağı" adlı azarkeşlərin simaları və ismarıclarından hazırlanmış ən iri foto mozaika, "Coca-Cola" şirkəti tərəfindən hazırlanan qlobal turne və unikal Braziliya ab-havası daxildir.

"Coca-Cola" şirkətinin icraçı vitse-prezidenti, marketinq və kommersiya üzrə baş idarəedicilərdən olan Jozef Tripodi bildirib: "Necə ki, Braziliya hər kəsin ölkəsi, "Coca-Cola" isə hər kəsin içkisidir, elecə də FIFA 2014 Dünya kuboku da hər kəsin kubokudur. "Dünya kuboku" vasitəsilə "Coca-Cola" şirkəti daha sıx birləşmiş dünya üçün futbolun gücünü nümayiş etdirməklə, real futbol oyununu bayram etmək istəyir".

"Bir Dünya, Bir Oyun" televiziya filmi artıq bütün dünyada canlı yayımlanır və dünya ictimaiyyətini "Dünya kuboku"nun ab-havasına qoşulmağa çağırır. "Wieden + KennedySaoPaulo" şirkəti ilə birgə hazırlanmış bu film futbolun köməyi ilə həyatın çətinlikləri ilə bacaran dünyanın dörd tərəfindən olan dörd komanda haqqında bəhs edir. Bu komandalar öz futbolu ilə bağlı xoşbəxtlik tarixçələrini danışdığı halda, "Coca-Cola" bu komandalara Rio-de-Janeyroya "Dünya kuboku"na hazırlıq mərhələsini canlı seyr etmək üçün dəvət edərək sürpriz edib. Bu elementin kulminasiya nöqtəsi komandaların turnirin iyunun 16-da ilk Almaniya-Portuqaliya oyununda milli komandaların bayraqlarını meydana çıxartmaq şərəfi olacaq.

"Dünya kuboku" çərçivəsində çəkilən "Xoşbəxtlik hara gələcək" adlı sənədli filmlər silsiləsi futbolun köməyi ilə çətinliklərə qalib gələn və bununla digərlərini ruhlandıran coşqun azarkeşlər haqqındadır.

J.Tripodi əlavə edib: "Coca-Cola" futbolun gücü və idmanın dünyanı bir araya gətirə biləcək gücünü qeyd etdiyinə görə qürur duyur. Coğrafi və sosial mənsubiyyətindən asılı olmayaraq, futbol hər kəs üçündür. Buna görə də "Coca-Cola" bu il "Dünya kuboku" kampaniyasını işə salıb".

"Dünya bizimdir" adlı mahnı Braziliya əsilli David Korreyin vokalı və "Monobloco" küçə qrupunun musiqisindən yaradılıb və kampaniyanın rəsmi himni seçilib. D.Korrey dünyanı gəzib və bu mahnının nüfuzu üçün çıxış edərkən, küçə artistləri himn üçün qısa musiqili fraqment şəklində öz töhgələrini verməyə ruhlandırılıblar.

"Coca-Cola"dan daha bir misilsiz addım azarkeşlərə ən böyük futbol foto mozaikasında mənsubiyyəti və inanclarından asılı olmayaraq iştirak etmək üçün imkan yaratmasıdır. Azarkeşlərin təqdim etdiyi şəkillər və şərhlər əsasında hazırlanan bu "Xoşbəxtlik bayrağı" turnirin ilk oyunu başlamamışdan öncə meydanda nümayiş olunacaq.

Tarixdə ən uzun çəkən "Dünya kuboku" turnesi kampaniyaya bütün icrası dövründə dəstək olacaq. Ötən ilin sentyabr ayından başlayan turne 92 min mil yol qət edərək 90 ölkəyə səfər edəcək. Turne "Dünya kuboku" kampaniyasının əsl ruhunu dünya miqyasında insanlara çatdırmağa yönəlib.

Bu kampaniyanın vizual orijinallığı brendin hər növ kommunikasiyalarında əks olunacaq və xoşbəxtlik, birlik və bayram əhva-ruhiyyəsi yaradacaq. Tarixində ilk dəfə olaraq belə dizayn xüsusi stilə və istedada malik olan küçə rəssamı Speto ilə birlikdə hazırlanıb. Dörd gəncin üzünü bir yerdə yığmış bu dizayn Braziliya küçə rəssamçılığının xüsusi keyfiyyətini və rəngarəngliyini əks etdirir.

"Coca-Cola" şirkəti FIFA ilə 1974-ci ildən etibarən əməkdaşlıq edir və 1978-ci ildən FIFA Dünya kubokunun rəsmi sponsorudur. "Coca-Cola" hər Dünya kuboku dövründə reklam olunan eyniadlı stadiona malikdir. Şirkət bütün səviyyələrdə futbolun çoxdankı tərəfdaşıdır.

"Coca-Cola" şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. "Coca-Cola" şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Onun portfoliosuna dəyəri 16 mlrd. ABŞ dolları olan brendlər daxildir: "DietCoke", "Fanta", "Sprite", "Coca-ColaZero", "vitaminwater", "Powerade", "MinuteMaid", "Simply" və "Georgia Coffee". Qlobal miqyasda "Coca-Cola" şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. "Coca-Cola" şirkəti hər gün 1,8 mlrd. içki realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə "Coca-Cola" şirkəti dünyada TOP-onluğa daxildir.

"Coca-Cola" şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti