...

Bakı dəniz limanı yüklərin daşınmasını azaldıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2014 20:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir E.İsmayılov/

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə cari ilin yanvar-mart aylarında 1,43 milyon ton müxtəlif növ yük daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz azdır. Bunu Trend-ə limandakı mənbə deyib.

Ötən il ümumilikdə liman vasitəsilə 6,55 milyon ton müxtəlif növ yük daşınıb ki, bu da 2012-ci ilin analoji dövrünün göstəricisindən 8 faiz çoxdur.

Mənbə bildirib ki, yanvar-martda liman vasitəsilə daşınmış yüklərin ümumi həcminin 879 min tonu bərə ilə daşınan yüklərin payına düşüb. Bu, 2013-cü ilin müvafiq dövrünün göstəricisindən 17 faiz azdır.

2014-cü ilin yanvar-mart aylarında limanın quru yük terminalı ilə 245 min ton yük daşınıb ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 12 faiz üstələyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti