...

DSMF-də Dünya Bankının ekspertləri ilə görüş keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2014 16:37 (UTC +04:00)
Bu gün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müvafiq şöbələrinin rəhbərləri ilə Dövlət Xərcləri və Maliyyə Cavabdehliyi (PEFA) proqramı üzrə Dünya Bankının ekspertləri arasında görüş keçirilib.
DSMF-də Dünya Bankının ekspertləri ilə görüş keçirilib

Azərbaycan, Bakı, 7 aprel /Trend/

Bu gün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müvafiq şöbələrinin rəhbərləri ilə Dövlət Xərcləri və Maliyyə Cavabdehliyi (PEFA) proqramı üzrə Dünya Bankının ekspertləri arasında görüş keçirilib.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, görüş zamanı DSMF-nin əsas fəaliyyət istiqamətləri, büdcə-proqnozlaşdırma işinin təşkili, DSMF-nin büdcəsinin hazırlanması və təsdiq edilməsi prosesi, gəlir və xərclərinin mənbələri və istiqamətləri, DSMF-nin büdcəsinin formalaşdırılmasında xüsusi əhəmiyyət kəsb edən makroiqtisadi, demoqrafik, məşğulluq və sosial vəziyyət göstəriciləri ilə bağlı olan əsas parametrlər, DSMF-nin büdcəsinin icrası, habelə sığortaedənlərin uçotu qaydaları, məcburi dövlət sosial sığorta haqlarının toplanması və bu sahəyə nəzarət işinin təşkili və aparılması məsələləri müzakirə olunub.

Bundan əlavə, Dünya Bankının ekspertlərinin aidiyyəti sualları cavablandırılarkən, ölkədə məcburi dövlət sosial sığorta və pensiya təminatı sahəsində son illər aparılmış islahatlar, bunun nəticəsi olaraq yeni qurulmuş sığorta-pensiya sisteminin xüsusiyyətləri, bir müddət əvvəl BMT-nin İnkişaf Proqramı, Dünya Bankı və Avropa Birliyinin pensiya islahatları üzrə həyata keçirdikləri layihələrdə Azərbaycanın sığorta-pensiya sistemini keçid dövrü ölkələri üçün uğurlu model kimi tövsiyə etməsi, pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatının MDB məkanında ilk dəfə olaraq Azərbaycanda aparılması, sığortaolunanlar üçün sosial sığorta şəhadətnamələrinin rəsmiləşdirilməsi prosesinin elektron qaydada həyata keçirilməsi, DSMF tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlər və bu xidmətlərin əhalinin ən çox müraciət etdiyi xidmətlər sırasında yer alması, və s. məsələlər barədə məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti