...

Şahin Mustafayev tərəfindən Siyəzəndə vətəndaşların qəbulu vaxtı dəyişdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2014 17:29 (UTC +04:00)
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev tərəfindən aprelin 11-də Siyəzəndə nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı aprelin 12-nə keçirilib.
Şahin Mustafayev tərəfindən Siyəzəndə vətəndaşların qəbulu vaxtı dəyişdirilib

Azərbaycan, Bakı, 7 aprel /Trend/

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev tərəfindən aprelin 11-də Siyəzəndə nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı aprelin 12-nə keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, saat 10:00-dan etibarən Heydər Əliyev Mərkəzində (Siyəzən şəhəri, H.Əliyev küçəsi, 90) təşkil olunacaq qəbulda Ş.Mustafayev Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün nazirliyin [email protected] elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin, Nazirliyin Quba-Xaçmaz regional bölməsi (Xaçmaz şəhəri, Bakı prospekti, 45; əlaqələndirici şəxs: Aqşin Bayramov; əlaqə telefonu: (023) 326-83-16, (055) 706-09-87, poçt ünvanı: ([email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar nazirliyin internet və "facebook" səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti