...

Azərbaycanın Ağdaş rayonunda prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2014 10:34 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağdaşda prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
Azərbaycanın Ağdaş rayonunda prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlanır

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir E.Əliyev/

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağdaşda prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Aprelin 4-də Ağdaş rayonunun Qaradağlı kəndində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirilmişdir.

Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılmış, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Ağdaş rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:
- müasir çörək istehsalı müəssisəsinin yaradılmaı;
- 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının yaradılması;
- kiçik və ya orta həcmli meyvə-tərəvəz emalı və meyvə qurutma müəssisələrinin yaradılması;
- intensiv bağçılıq və istixana təsərrüfatlarının yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti