...

Kənd təsərrüfatı naziri Yevlaxda yeni traktorlara baxış keçirib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2014 16:21 (UTC +04:00)
Kənd təsərrüfatı naziri Heydər Əsədov “Aqrolizinq” ASC-nin Yevlax Aqroservis filialına gətirilən Gəncə avtomobil zavodunda yığılmış “Belarus” tipli “MTZ” markalı traktorlara baxış keçirib.
Kənd təsərrüfatı naziri Yevlaxda yeni traktorlara baxış keçirib  (FOTO)

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Kənd təsərrüfatı naziri Heydər Əsədov "Aqrolizinq" ASC-nin Yevlax Aqroservis filialına gətirilən Gəncə avtomobil zavodunda yığılmış "Belarus" tipli "MTZ" markalı traktorlara baxış keçirib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir əvvəlcə Yevlax Aqroservis filialında yaradılmış təlim-tədris mərkəzi, təmir emalatxanası, anbarlar və yeni texnikalarla tanış olub. Məlumat verilib ki, Yevlax Aqroservis filialı yenidən qurulub, daxilində təlim-tədris mərkəzi və müasir təmir emalatxanası yaradılıb. Tədris mərkəzində 226 nəfər mexanizatora texnikaların idarə olunması üçün təlimlər keçirilib.

Sonra respublikanın rayonlarından gəlmiş fermer və sahibkarlara traktorların sənədlərini təqdim edilib.

Fermer və sahibkarlar qarşısında çıxış edən H.Əsədov ölkə başçısının aqrar sahənin inkişafına göstərdiyi diqqət və qayğını vurğulayaraq bildirib ki, Aqroservis filialına gətirilmiş 108 ədəd MTZ markalı traktordan 70-i qeydiyyat nişanı və texniki sənədləri ilə birlikdə lizinq yolu ilə fermer və sahibkarlara təqdim edilib.

Traktor almış fermerlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Nazir "Azərtoxum" MMC-nin iş fəaliyyəti ilə də tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti