...

ASA-nın Hüquq Komitəsinin növbəti iclası keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2014 14:34 (UTC +04:00)
Azərbaycanda sığorta sahəsində qanunvericilik aktlarının əhalinin geniş kütlələri tərəfindən anlaşılan sadə dildə yazılmış versiyalarının tərtib edilməsi Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Hüquq Komitəsinin bu həftə keçirilmiş iclasında müzakirə edilib.
ASA-nın Hüquq Komitəsinin növbəti iclası keçirilib

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Azərbaycanda sığorta sahəsində qanunvericilik aktlarının əhalinin geniş kütlələri tərəfindən anlaşılan sadə dildə yazılmış versiyalarının tərtib edilməsi Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Hüquq Komitəsinin bu həftə keçirilmiş iclasında müzakirə edilib.

ASA-nın yaydığı məlumata görə, iclasda Mülki Məcəllənin sığorta ilə bağlı olan 50-ci fəslinin mətninin anlaşılan sadə dildə yazılmış versiyasının tərtib edilməsi məsələsinə baxılıb. Müzakirələrdə Maliyyə Nazirliyinin Maliyyə və sığorta bazarlarının tənzimlənməsi şöbəsinin sektor müdiri Zəka Mirzəyev, Dövlət Sığorta Nəzarəti Xidmətinin Lisenziyalaşdırma, ərizə və şikayətlər şöbəsinin rəisi Mahir Abdullayev iştirak edib.

İclasın yekununda Mülki Məcəllənin sığorta ilə bağlı olan 50-ci fəslinin 4 maddəsinin mətninin bir nümunə olaraq müxtəlif sığorta şirkətlərinin hüquqşunasları tərəfindən anlaşılan sadə dildə yazılmış versiyalarının tərtib edilməsi və onların arasından ən uğurlu yanaşmanı secməklə 50-ci fəslin tam mətninin anlaşılan sadə dildə yazılmış versiyalarının tərtib edilməsi qərara alınıb. 10 gün ərzində ən münasib yanaşma Nazirlik tərəfindən seçiləcək, onu hazırlayan şəxslər müvafiq işçi qrupuna cəlb olunacaq. Bundan başqa, Mülki Məcəllədə öz əksini tapan sığortalılar üçün "Yaddaş vərəqi"nin vahid formasının hazırlanması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti