...

Azərbaycanda qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının sayı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2014 19:54 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən “AzFinance İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinə broker və diler fəaliyyəti ilə məşğul olmaq üçün 5 il müddətinə yeni xüsusi razılıqlar (lisenziyalar) verilib.
Azərbaycanda qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının sayı artıb

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən "AzFinance İnvest" Məhdud Məsuliyyətli Cəmiyyətinə broker və diler fəaliyyəti ilə məşğul olmaq üçün 5 il müddətinə yeni xüsusi razılıqlar (lisenziyalar) verilib. Bu barədə Trend-ə Komissiyanın İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Beləliklə, hazırda qiymətli kağızlar bazarında 16 broker fəaliyyəti, 15 diler fəaliyyəti və 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası, 2 klirinq və aktivlərin idarə olunması üzrə 1 təşkilatın xüsusi razılıqlar (lisenziyalar) qüvvədədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti