...

Büro: Azərbaycanda daşınmaz əmlakın icbari sığortasına əsasən fiziki şəxslər müraciət edirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2014 08:54 (UTC +04:00)
2014-cü ilin birinci rübündə Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin 97 faizini (44 528 ədəd) fiziki şəxslər imzalayıblar.
Büro: Azərbaycanda daşınmaz əmlakın icbari sığortasına əsasən fiziki şəxslər müraciət edirlər

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir A.Axundov/

2014-cü ilin birinci rübündə Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin 97 faizini (44 528 ədəd) fiziki şəxslər imzalayıblar. Bu barədə cümə günü Trend-ə İcbari Sığorta Bürosundan (İSB) deyiblər.

Bu növ üzrə yığımlarla bağlı vəziyyət bir qədər başqa cürdür: hesabat dövründə fiziki şəxslərə məxsus daşınmaz əmlakın sığortası yığımların 58 faizini (iki milyon manat), hüquqi şəxslərin daşınmaz əmlakı isə 42 faiz (1,5 milyon manat) təşkil edib.

Bürodan deyildiyi kimi, əvvəlki illərlə müqayisədə bu növə maraq xeyli artıb. Eləcə də əhalinin bu növlə bağlı məlumatlılıq səviyyəsi də yüksəlib.

Bürodan bildirilib: "2014-cü ilin ilk üç ayı ərzində daşınmaz əmlakın icbari sığortası üzrə 45 667 müqavilə imzalanıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisini 2,1 dəfə, 2012-ci ilin birinci rübünün göstəricisini isə 2,5 dəfə üstələyib. Hesabat dövründə bu növ üzrə yığımlar 3,5 milyon manat təşkil edib. Bu, əhalinin icbari sığortanın bu növünə marağının artdığını nümayiş etdirən amil kimi çıxış edə bilər, lakin fikrimizcə, avtomobil nəqliyyat vasitələri sahiblərinin məsuliyyətinin icbari sığortası ilə müqayisədə bu gün daşınmaz əmlakın icbari sığortası bazarında vəziyyət qənaətbəxş deyil".

Büro daşınmaz əmlakın icbari sığortasının əhatəsini genişləndirmək üçün onun təbliği ilə bağlı bir sıra tədbirlər həyata keçirməyi planlaşdırır: "Belə ki, yaxın gələcəkdə yerli telekanallarda sığortanın bu növü haqqında videoçarx nümayiş olunacaq. Bundan əlavə, bu sahədə Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti də tədbirlər keçirəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti