...

Hyundai diqqəti cəmiyyətin daha bir həssas qrupuna yönəldir.

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2014 13:43 (UTC +04:00)
Cəmiyyətin bir parçası olmaq hər kəsin haqqıdır.Lakin təəssüf ki,haqqa yiyələnməkbəziləri üçün çox çətin,bəzən də qeyri-mümkün olur.Valideyn himayəsindən məhrum olub,internat müəssisələrində təhsil alan,oradan isə birbaşa cəmiyyətə atılan gənclər belə şəxslərdəndir.
Hyundai diqqəti cəmiyyətin daha bir həssas qrupuna yönəldir.

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Cəmiyyətin bir parçası olmaq hər kəsin haqqıdır. Lakin təəssüf ki ,haqqa yiyələnmək bəziləri üçün çox çətin, bəzən də qeyri-mümkün olur. Valideyn himayəsindən məhrum olub, internat müəssisələrində təhsil alan, oradan isə birbaşa cəmiyyətə atılan gənclər belə şəxslərdəndir.

Hyundai başladığı "Gələcəyimiz üçün əl-ələ" korporativ sosial məsuliyyət layihəsini hamı kimi bu haqqa malik internat məzunlarına həsr edib.Layihənin məqsədi internat məzunlarının öz gələcəklərini qurmasına yardım etməkdir.Bunun üçün ilk addım olaraq, müraciət edən gənclərə seçim əsasında təlim keçirilməsi və daha sonra Hyundai distribüterində işə düzəlməsi nəzərdə tutulub.

İnternat məzunlarına "Sən də varsan! "deyə səslənən kampaniya onları mayın 31-dək Hyundai ofis və dilerlərinə ərizə ilə müraciət etməyə çağırır.Müraciətlər əsasında 20 gənc seçilərək təlimlərə yönləndiriləcək. Təlim üçün gəncləri sosioloq, psixoloq, korporativ sosial məsuliyyət üzrə ekspert və Hyundai nümayəndələrindən ibarət jüri seçəcək.

" Gələcəyimiz üçün əl-ələ" Hyundai- ın rəsmi təmsil olunduğu böyük dövlətlərdə keçirdiyi qlobal korporativ sosial məsuliyyət layihəsidir. Layihə bütün dünyada" Moving the world together " adı ilə reallaşdırılır və Hyundai- ın təqdim edildiyi ölkələrdə cəmiyyətin ayrılmaz hissəsi olduğunu göstərir. Layihənin qloballığı hər bir Hyundai avtomobili sahibinin, fər Hyundai tərəfdaşının, hər bir Hyundai əməkdaşının onda iştirak payı olduğunu söyləməyə əsas verir.

Azərbayanda " Gələcəyimiz üçün əl- ələ " layihəsi 2009- cu ildən həyata keçirilir. Avtomobil qəzalarında valideyinlərini itirən uşaqlara dəstəklə başlanmış ötən mərhələlərdə 300 min manatdan artıq məbləğə 800- ə yaxın uşağa yardım göstərilmişdir.

Lakin bir korporativ sosial məsuliyyət layihəsi kimi, " Gələcəyimiz üçün əl- ələ "nin məqsədi xeyriyyə proqramından daha artıq olub, insanların diqqətinin problemlərə cəlb etməkdir. Ötən mərhələlərdə Hyundai diqqəti qəzaların törətdiyi faciələrə yönəltməyi qarşısına məqsəd qoymuşdu. İndi isə Hyundai cəmiyyətin diqqətini internat məktəblərdən məzun olandan sonra haraya gedəcəklərini, nə işlə məşğul olacaqlarını biləyən gənclərə yönəltmək istəyir.

Hyundai inanır ki, digər şirkətlər də bu həssas qrupun cəmiyyətin layiqli övladlarına çevrilməsinə, özlərinin xoşbəxt gələcəklərinin qurmaqlarına şərait yaradaraq, onun başladığı bu işə dəstək verəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti