...

Azərbaycanda sənaye istehsalının həcmi ilin əvvəlindən 10,5 milyard dollara yaxınlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2014 16:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir E.Əliyev/

2014-cü ilin I rübündə sənaye istehsalının ümumi həcmi (istehsal olunmuş məhsulların həcmi və sənaye xarakterli göstərilmiş xidmətlər) Azərbaycanda 8,2 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 2,4 faiz azdır. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Hesabatda bildirilir ki, göstərilən dövrdə Azərbaycanın qeyri-neft sektoru 6,8 faiz artım nümayiş etdirib, neft sektoru isə 2013-cü ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz azalıb.

Yanvar-mart aylarında Azərbaycanın qeyri-neft sektorunda ərzaq istehsalı, geyim, tikinti materialları, mebel və digər sahələrdə yüksək artım qeydə alınıb.

Hesabat dövründə hasilat sənayesində istehsal həcmi bütün sənaye istehsalında 71,8 faiz xüsusi çəki ilə 5,9 milyard manat olub ki, bu da ötən ilin I rübünün göstəricisindən 3,4 faiz azdır.

2014-cü ilin yanvar-mart aylarında neft istehsalının həcmi 10,43 milyon ton, təbii qaz hasilatı 4,54 milyard kubmetr təşkil edib. Neft istehsalı 2013-cü ilin analoji dövrünün göstəricisinə nisbətən 3,2 faiz azalıb, qaz istehsalı isə 4,2 faiz artıb.

I rübdə emal sənayesində istehsalın həcmi 21 faiz xüsusi çəki ilə 1,7 milyard manat təşkil edib ki, bu da ötən ilin yanvar-mart aylarının göstəricisini 10,2 faiz üstələyir. 2013-cü ilin I rübünün göstəricisi ilə müqayisədə elektrik enerjisi, qaz və buxarın istehsalı, paylanılması və təchizatı 1,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı isə 17 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti