...

Almaniya bankı TuranBank üçün kredit protfelini iki dəfə artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2014 19:20 (UTC +04:00)
TuranBank "Bank im Bistum Essen eG"-dən 3,5 mln. ABŞ dollarında vəsait cəlb edib.
Almaniya bankı TuranBank üçün kredit protfelini iki dəfə artırıb

Azərbaycan, Bakı, 15 aprel /Trend/

TuranBank "Bank im Bistum Essen eG"-dən 3,5 mln. ABŞ dollarında vəsait cəlb edib.

Bankdan Trend-ə verilən məlumata görə, TuranBank-la Almaniyanın maliyyə institutu olan "Bank im Bistum Essen eG" arasında mikromaliyyə portfelinin daha da genişləndirilməsi məqsədilə 3,5 mln. ABŞ dolları həcmində vəsaitin cəlb edilməsi üzrə yeni kredit müqaviləsi imzalanıb.

TuranBank-la "Bank im Bistum Essen eG" arasında 1,5 mln. ABŞ dolları məbləğində ilk kredit sazişi 2011-ci il aprelin 11-də imzalanmışdı. Ümumilikdə bankın bu maliyyə qurumu ilə əməkdaşlıq etdiyi layihələr çərçivəsində mikromaliyyələşmə məqsədlərinə 5 mln. ABŞ dolları həcmində vəsait cəlb edilib.

"Bank im Bistum Essen eG 48" ilik təcrübəyə sahib, etik və davamlı biznes modelinə söykənən fəlsəfəyə malik, etik dəyərlərə yönəmli Katolik kooperativ bankıdır. 2007-ci ildən etibarən bank mikromaliyyə institutlarını maliyyələşdirir. Vaxtilə Latın Amerikasına hədəflənmiş bankın hazırda biznes tərəfdaşları dünyanın bir çox bölgələrində, o cümlədən Şərqi Avropa, Qafqaz və Orta Asiya regionunda mövcuddur.

TuranBank müştərilərə sərfəli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditləri təklif edir. Bank "Muştuluq" aksiyası çərçivəsində müştərilərinin gündəlik ehtiyaclarını qarşılamaq məqsədilə özünün "Kiçik Həcmli İstehlak", "Müəllim", "Səhiyyə", "Hərbçi" və "Təqaüdçü" kreditlərinin illik faizlərini 9% endirib. Bundan başqa, adıçəkilən kredit məhsullarını illik 20%-dən başlamaqla zaminsiz bankın istənilən filialında əldə etmək mümkündür.

Müştərilərinə maksimal rahat xidmət təklif etmək məqsədilə TuranBank Hesab.az elektron xidmətlər portalı ilə birgə həyata keçridiyi layihə çərçivəsində potensial müştərilərinə bankın kredit məhsullarını onlayn rejimdə hesab.az saytı vasitəsilə sifariş etmək, mövcud kreditlərini isə ödəmək imkanı yaratmışdır. Müştərilər kreditlərin onlayn sifariş və ödənişini bankın rəsmi saytı vasitəsilə (www.turanbank.az) də həyata keçirə bilərlər.

TuranBank "Sirlər Xəzinəsi" kampaniyası çərçivəsində müştərilərinə yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.

Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. TuranBank-ın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda, bank əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.

Hazırda bank öz müştərilərinə Western Union, Contact, Zolotaya Karona, Privatmoney, Blizko, IBA-Express, Lider və Monex kimi geniş çeşidli təcili pulköçürmə sistemləri üzrə xidmət göstərir.
Bankın 14 xidmət nöqtəsi (onlardan 7-si regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz və Qazaxda olmaqla) və 19 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.

TuranBank-ın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti