...

“Golden Crown” Marketinq Mükafatları müsabiqəsinin qalibləri elan olunmuşdur (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2014 13:37 (UTC +04:00)
“Golden Crown Award” Azərbaycanda beynəlxalq münsiflər heyəti ilə həyata keçirilən birinci marketinq və kommunikasiya müsabiqəsi təxminən iki ay öncə seçimlərə başlamışdı.
“Golden Crown” Marketinq Mükafatları müsabiqəsinin qalibləri elan olunmuşdur (FOTO)

Azərbaycan, Bakı, 16 aprel /Trend/

"Golden Crown Award" Azərbaycanda beynəlxalq münsiflər heyəti ilə həyata keçirilən birinci marketinq və kommunikasiya müsabiqəsi təxminən iki ay öncə seçimlərə başlamışdı.

Marketinq, İR, Kommunikasiya sferasında olan yerli mütəxəssislərə 25 Fevral və 25 Mart tarixləri arasında 12 kateqoriya üzrə rəqabət aparmaq şansı verilmişdi. İştirakçılar müraciət formasını doldurub, sənədləri yükləməklə özlərinin namizədliyini irəli sürməli idilər. Müsabiqənin münsifləri bundan əvvəlki nüfuzlu beynəlxalq mükafatlar üzrə müvafiq təcrübəyə malik olmaqla yanaşı, Microsoft, GE, BP, Henkel, Tate Museum, Phillips, Böyük Britaniyanın Greenwich Universiteti, Diaggeo kimi qabaqcıl qlobal qurumlarda baş menecer, təcrübə mütəxəssisləri, məsləhətçi və məruzəçi kimi ixtisaslarda çalışmış nüfuzlu mütəxəssislər idi.

"Golden Crown Award" müsabiqəsinin qalibləri bu həftə sonu "Fairmont Flame Towers" otelində keçirilən "Gala Ceremony" zamanı açıqlanmışdır. Qaliblərin tam siyahısı belədir:

  • Ən Yaxşı Hazırlanmış Marketinq Kampaniyası Mükafatı: Axe Apollo Space Academy Agentlik: McCann Bakı
  • Ən Yaxşı TV Reklamı Mükafatı: Coca Cola - Coca Cola Novruz Agentlik: McCann Bakı and McCann İstanbul
  • Ən Yaxşı Vizual İdentitlik Mükafatı: AZ Group of Companies - Floorella Agentlik: Artgroup Bruketa&Zinic; OM Bakı
  • İlin İctimai Əlaqələr Adamı Mükafatı: Nigar Arpadarai Azerfon MMC
  • İlin Marketinq Mütəxəssisi Mükafatı: Cəmilə Rəhmanova McCann Bakı
  • Ən Yaxşı Sosial Media Strategiyası Mükafatı: Coca Cola - Fanta Gənclik Festivalı Agentlik: McCann Bakı
  • Ən Yaxşı Məhsul Buraxılışı Mükafatı: Gobustan Game Agentlik: Appsheron &Prosper Cartoon Studio
  • Ən Yaxşı Çap Mükafatı: AZ Group of Companies: Corporate Brochure Agentlik: Artgroup Bruketa&Zinic; OM Bakı
  • Ən Yaxşı Açıq Hava Strategiyası Mükafatı: Milla Image Campaign: Milla Jovovich Agentlik: Artgroup Bruketa&Zinic; OM Bakı
  • Ən Yaxşı Rəqəmsal Marketinq Strategiyası Mükafatı: Axe Apollo Space Academy Agentlik: McCann Bakı
  • Ən Yaxşı Korporativ Sosial Məsuliyyət Strategiyası Mükafatı: Davamlı Müəssisənin İnkişaf Proqramı PAŞA Bank
  • Ən Yaxşı Agentlik Mükafatı: McCann World Group Azərbaycan

Mükafatlar "Marketinq və Kommunikasiya sahəsi üzrə Mükəmməliyi qeyd edirik" sloqanı altında verildi və canlı muğam ifası, çıxışlar, qırmızı xalça, şampan, yemək və fotosessiya ilə müşayiət olundu. Qaliblər kuboklar, namizədlər isə üzərində nailiyyətlərini əks etdirən diplomlarla mükafatlandırıldılar.

Müsabiqə Azərbaycanda "Marketing Kingdom" və "Baku HR Experience" kimi müxtəlif beynəlxalq biznes tədbirlərini həyata keçirən P World beynəlxalq tədbir agentliyi tərəfindən təşkil olundu.

Tədbirin media tərəfdaşları: mak.az, Magazine Boutique Baku, trend.az, Zerkalo qəzeti.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti