...

Bir sıra qurumlara ayrılan vəsaitlərin icrasına nəzarət tədbirlərinin nəticələri üzrə qərarlar qəbul edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2014 19:40 (UTC +04:00)
Hesablama Palatası bir sıra qurumlara ayrılan vəsaitlərin icrasına nəzarət tədbirlərinin nəticələri üzrə qərarlar qəbul edib.
Bir sıra qurumlara ayrılan vəsaitlərin icrasına nəzarət tədbirlərinin nəticələri üzrə qərarlar qəbul edilib

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Hesablama Palatası bir sıra qurumlara ayrılan vəsaitlərin icrasına nəzarət tədbirlərinin nəticələri üzrə qərarlar qəbul edib.

Trend Palatanın rəsmi saytına istinadən məlumat verir ki, Hesablama Palatasının bu gün keçirilən Kollegiya iclasında dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ayrılan vəsaitlərin icrası, həmçinin dövlət büdcəsinin "Elm" köməkçi bölməsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə, "Təhsil" bölməsi üzrə Mingəçevir Politexnik İnstitutuna ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair həyata keçirilmiş nəzarət tədbirlərinin nəticələri üzrə üzrə hesabatlar və rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatın qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Milli Məclisinə təqdim olunması qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti