...

"İlin ofis mebeli şirkəti" nominasiyası üzrə mükafatın sahibi bəlli oldu (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2014 11:07 (UTC +04:00)
Mart ayının 12-də JW Marriott Absheron otelində baş tutan tədbirdə "Caspian Energy Integration Award - 2014" beynəlxalq mükafatının təsis olunmasının 10 illik yubileyi keçirildi.
"İlin ofis mebeli şirkəti" nominasiyası üzrə mükafatın sahibi bəlli oldu (FOTO)

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Mart ayının 12-də JW Marriott Absheron otelində baş tutan tədbirdə "Caspian Energy Integration Award - 2014" beynəlxalq mükafatının təsis olunmasının 10 illik yubileyi keçirildi. Tədbirdə rəsmi qonaqlar, dövlət və özəl sektor nümayəndələri və partnyorlar iştirak edirdilər.

Mükafatlandırma mərasiminə qatılmaq üçün 23 təşkilat nümayəndəsi də xüsusi olaraq dəvət olunmuşdu. Belə ki, müxtəlif nominasiyalar üzrə şirkətlər "Caspian Energy Integration Award - 2014" mükafatı ilə təltif olundular.

İdeal Dizayn da bu mükafatlardan kənarda qalmadı. "İlin ofis mebeli şirkəti" nominasiyası üzrə mükafata bu il İdeal Dizayn layiq görüldü.

Əsası 2000-ci ildə qoyulan İdeal Dizayn bu gün Azərbaycanın ofis mebeli bazarında önəmli paya sahibdir. Geniş mağaza sahəsi, böyük istehsal xətti, güclü ticari əlaqələri və davamlı müştəri xidmətləri sayəsində İdeal Dizayn ofis mebeli bazarının lider oyunçularından birinə çevrilməyi bacarmışdır. İdeal Dizayn bir sıra göstəricilərə görə hətta qonşu dövlətlərin, əsasən də müqayisədə daha böyük olan Türkiyə və Rusiya bazarlarının ofis mebeli brendləri ilə uğurla rəqabət aparmaqdadır. Meşə sənayesi güclü inkişaf etməmiş bir ölkə olsa da, Azərbaycanda ofis mebeli sahəsində İdeal Dizayn kimi qabaqcıl şirkətin olması olduqca sevindirici haldır.

Geniş mağaza sahəsi, böyük istehsal xətti, güclü ticari əlaqələri və davamlı müştəri xidmətləri sayəsində İdeal Dizayn ofis mebeli bazarının lider oyunçularından birinə çevrilməyi bacarmışdır. İdeal Dizayn bir sıra göstəricilərə görə hətta qonşu dövlətlərin, əsasən də müqayisədə daha böyük olan Türkiyə və Rusiya bazarlarının ofis mebeli brendləri ilə uğurla rəqabət aparmaqdadır.

Həm daxili müştəriləri, yəni işçiləri, həm də xarici müştəriləri arasında doğru balans yaratmaqla, İdeal Dizayn Azərbaycanın ofis mebeli bazarına öz töhvələrini verməkdə davam edəcək, Azərbaycanda biznesin inkişafını hər zaman dəstəkləyəcəkdir.

Xatırladaq ki, "Caspian Energy Integration Award - 2014" beynəlxalq mükafatçılarının seçimi internet sorğu əsasında aparılır və Xəzər-Qara dəniz və Baltik dənizi regionlarında yerləşən ölkələrin şirkətlərinə, dövlət məmurlarına, siyasi nümayəndələrinə, dövlət təşkilatlarına il ərzində qazandığı uğurlara görə verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti