...

Azərbaycanda göstərilən elektron xidmətlərin siyahısı genişlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2014 14:52 (UTC +04:00)
Azərbaycanda göstərilən dövlət və daşınmaz əmlak sahəsində hüququn qeydiyyatı üzrə beş xidmətin elektron forması da əlçatan olub.
Azərbaycanda göstərilən elektron xidmətlərin siyahısı genişlənib

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir E.Əliyev/

Azərbaycanda göstərilən dövlət və daşınmaz əmlak sahəsində hüququn qeydiyyatı üzrə beş xidmətin elektron forması da əlçatan olub.

Trend-in məlumatına görə, Nazirlər Kabinetinin "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında dəyişikliklər edilməsi barədə müvafiq qərar şənbə günü rəsmi mətbuatda dərc olunub.

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır ki, bundan sonra dövlət əmlakının icarəsinin ödənişi üzrə borc haqqında informasiyanın alınması, servitutun qeydiyyatı və ya onun ləğvinin, uzufruktun qeydiyyat və ya onun ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması kimi xidmətlər elektron formada göstəriləcək.

Bugünədək Azərbaycanda təsdiqlənmiş elektron xidmətlərin (428) 253-ü "Elektron hökumət" portalında əlçatandır. Azərbaycanın dövlət müəssisələrinin saytlarında yerləşdirilmiş elektron xidmətlərin ümumi sayı 459 ədəd təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti