...

Azərbaycan və Kamboca iqtisadi sahədə əməkdaşlığı genişləndirmək niyyətindədirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2014 12:15 (UTC +04:00)
Azərbaycan və Kamboca möhkəm iqtisadi əməkdaşlıq qurmaq niyyətindədirlər.
Azərbaycan və Kamboca iqtisadi sahədə əməkdaşlığı genişləndirmək niyyətindədirlər

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir E.Əliyev/

Azərbaycan və Kamboca möhkəm iqtisadi əməkdaşlıq qurmaq niyyətindədirlər. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev çərşənbə axşamı Bakıda keçirilən Azərbaycan-Kamboca biznes forumunda bildirib.

S.Babayev deyib: "Ölkələrimiz arasında diplomatik münasibətlər 20 il əvvəl yaranıb və ötən illər ərzində hər iki dövlət böyük inkişaf yolu keçib, ikitərəfli qarşılıqlı sərfəli əməkdaşlıq üçün ciddi potensial hazırlayıblar. Əminəm ki, bugünkü forum sonuncu olmayacaq və iki ölkənin sahibkarları arasında iqtisadi əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verəcək. Azərbaycan tərəfdən forumda iqtisadiyyatın bütün sahələrini təmsil edən 40-dan artıq şirkətin nümayəndələri iştirak edir. Biz əminik ki, mövcud potensial reallaşdırılmalıdır və reallaşdırılacaq".

Kambocanın ticarət naziri, Kamboca İnkişaf Şurası rəhbərinin müavini San Çantholun sözlərinə görə, ölkəsi Azərbaycanın investisyalarının cəlb edilməsində və möhkəm ticarət əməkdaşlığının qurulmasında maraqlıdır.

S.Çanthol bildirib: "2012-ci ildə biz Azərbaycana cəmi 0,5 milyon dollar həcmində məhsul ixrac etmişik və bu zaman 7,7 milyon dollar həcmində mal idxal etmişik. 2013-cü ildə Kambocadan Azərbaycana ixracın həcmi ümumilikdə sıfıra bərabər olub və biz 3,2 milyon dollarlıq Azərbaycan məhsulu idxal etmişik. Biz Azərbaycan rəhbərliyi ilə görüşlər keçirmişik və bütün tərəflər əməkdaşlığın, ticarət əlaqələrinin qurulmasına hazır olduqlarını və maraq göstərdiklərini ifadə ediblər. Biz 2015-ci ildə təxminən 100 milyon ABŞ dolları həcmində əmtəə dövriyyəsinə nail olacağımıza ümid edirik".

Azərbaycan-Kamboca biznes forumu Krallığın Baş naziri Xun Senin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti