...

PAŞA Bank nizamnamə kapitalını 46 faiz artırdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2014 16:44 (UTC +04:00)
Aprelin 21-də ölkənin aparıcı banklarından biri olan PAŞA Bankın nizamnamə kapitalının 333 mln. manata qədər artmasının qeydə alınması başa çatdırıldı.
PAŞA Bank nizamnamə kapitalını 46 faiz artırdı

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Aprelin 21-də ölkənin aparıcı banklarından biri olan PAŞA Bankın nizamnamə kapitalının 333 mln. manata qədər artmasının qeydə alınması başa çatdırıldı.

Bankdan Trend-ə daxil olan məlumata görə, bundan əvvəl 228 mln. manat təşkil edən kapital həcminin böyüməsi səhmlərin nominal dəyərinin artırılması sayəsində mümkün olub.

Beləliklə, PAŞA Bank Azərbaycanın ən kapitallaşdırılmış özəl bankı olmaqda davam edir.

PAŞA Bank - Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş bank geniş spektrli korporativ bank xidmətləri, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri göstərir. Baş ofis və dörd filial ilə təmsil olunan PAŞA Bankda 268 əməkdaş çalışır. "Europe Banking Awards 2011" və "Europe Banking Awards 2012" çərçivəsində bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunub, 2013-cü ildə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülüb.

PAŞA Bank Azərbaycanın iri investisiya holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti