...

Ermənistanda ticarət sahəsində 2 mindən çox iş yeri bağlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2014 15:10 (UTC +04:00)
2013-cü ildə Ermənistanda ticarət sahəsində 2,3 mindən artıq iş yeri bağlanıb. Trend-in məlumatına görə, bu barədə ARKA agentliyi "Ayots aşxar" ("Erməni dünyası") qəzetinə istinadən xəbər verir.
Ermənistanda ticarət sahəsində 2 mindən çox iş yeri bağlanıb

Azərbaycan, Bakı, 25 aprel /Trend/

2013-cü ildə Ermənistanda ticarət sahəsində 2,3 mindən artıq iş yeri bağlanıb. Trend-in məlumatına görə, bu barədə ARKA agentliyi "Ayots aşxar" ("Erməni dünyası") qəzetinə istinadən xəbər verir.

Qəzetin yazdığına görə, hazırda ticarət sahəsində 36 min nəfər çalışır. Halbuki 2012-ci ildə bu göstərici 38,3 min nəfərdən çox idi. Habelə kiçik mağazaların sayı 1,4 min ədəd azalıb.

Nisbətən iri ticarət mərkəzlərində çalışan şəxslərin də sayı azalıb. Bununla əlaqədar qəzet xəbər verir ki, əgər bir il əvvəl 15-dək əməkdaşı olan mağazalarda 5592 nəfər çalışırdısa, indi bu göstərici 5300 nəfərdir.

Bu gün cəmi 744 (il ərzində azalma 15 mağaza) belə mağaza fəaliyyət göstərir.

Yeri gəlmişkən, respublikada bu dövrdə supermarketlərin sayı on ədəd artaraq 155 olub. Supermarketlərin mağazaların sayının cəmi 1,2 faizini təşkil etməsinə baxmayaraq, onlarda bütün ticarətin 69 faizə yaxını həyata keçirilir.

Ehtimal olunur ki, kiçik və orta mağazaların bağlanmasına və ticarətin supermarketlərdə cəmləşməsinə səbəb ağır vergi yükü, həmçinin ticarət sahəsində fəaliyyət göstərən və illik dövriyyəsi 58 milyon dram olan şirkətlər üçün vergi dərəcəsinin çox olmasıdır.

2013-cü il yanvarın 1-dən Ermənistanda illik dövriyyəsi 58,35 milyon drama qədər olan, əvvəllər gəlir vergisi və ya mənfəət vergisi ödəmiş kiçik və orta müəssisələr üçün dövriyyədən vergi tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti