...

Elman Mehdiyev: Sosial sığorta və pensiya sisteminin inkişafı bu sahədə tərəfdaşların aktiv iştirakından birbaşa asılıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2014 18:56 (UTC +04:00)
Bu gün Azərbaycanda Amerika Ticarət Palatasının təşkilatçılığı ilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyevlə işgüzar görüş keçirilib. Görüşdə ölkəmizdə fəaliyyət göstərən yerli və xarici şirkətlərin, biznes qurumlarının nümayəndələri iştirak ediblər.
Elman Mehdiyev: Sosial sığorta və pensiya sisteminin inkişafı bu sahədə tərəfdaşların aktiv iştirakından birbaşa asılıdır

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Bu gün Azərbaycanda Amerika Ticarət Palatasının təşkilatçılığı ilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyevlə işgüzar görüş keçirilib. Görüşdə ölkəmizdə fəaliyyət göstərən yerli və xarici şirkətlərin, biznes qurumlarının nümayəndələri iştirak ediblər.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, tədbirin rəsmi hissəsində çıxış edən DSMF-nin sədri Fondla Palata arasında çox səmərəli əməkdaşlıq ənənələrinin olduğunu vurğulayaraq bildirib ki, bu əməkdaşlıq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi köklü islahatlar nəticəsində reallaşdırılan açıq hökumətin təşviqi tədbirləri və ölkəmizdə müasir əsaslı korporativ sosial məsuliyyət mexanizmlərinin formalaşması nəticəsində daha da inkişaf edib.

DSMF sədri qeyd edib ki, 2003-2013-cü illərdə həyata keçirilən islahatlarla Azərbaycanda vahid prinsiplər əsasında fəaliyyət göstərən və ölkənin bütün işləyən əhalisini əhatə edən, təyin olunan pensiyaların məbləğinin sistemə ödənilmiş və fərdi uçotu aparılmış sosial sığorta haqlarına bağlılığını təmin edən müasir sığorta-pensiya sistemi formalaşdırılıb: "Sosial sığorta və pensiya sisteminin inkişafı bu sahədə tərəfdaşların aktiv iştirakından birbaşa asılıdır və ötən dövrə nəzər saldıqda Fond və Palatanın həmin istiqamətdə çox səmərəli əməkdaşlığa imza atdığını müşahidə edirik. Bu əməkdaşlıq Azərbaycanda fəaliyyət göstərən həm xarici, həm də yerli şirkətlər üçün optimal biznes mühitinin təşviq edilməsinə, ölkəmizdə çalışan əcnəbi vətəndaşların sosial sığorta, fərdi uçot və pensiya təminatı sistemi ilə əhatə olunması üçün qanunvericiliyin və təkmil mexanizmlərin formalaşdırılmasına öz töhvələrini verib".

DSMF sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsi olan sığorta-pensiya islahatları barədə məlumat verərək, "Azərbaycanda pensiya islahatları: yeni mərhələnin əsas hədəfləri" mövzusunda təqdimatla çıxış edib. O, həmçinin 2014-2020-ci illərdə perspektiv qiymətləndirmələr, sığorta-pensiya sisteminin uzunmüddətli inkişafı üzrə strateji hədəflər barədə ətraflı məlumat verib. Bildirilib ki, yaxın perspektivdə başlıca hədəf pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi və təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyinin təmin edilməsi, əmək pensiyalarının yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya institutlarının formalaşdırılması və inkişaf etdirilməsi yolu ilə sığorta-pensiya sisteminin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlığına nail olmaqdır.

Sonda E.Mehdiyev tədbir iştirakçılarının suallarını cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti