...

Azərbaycanla Bosniya və Herseqovinanın iqtisadi əlaqələri müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2014 12:53 (UTC +04:00)
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda keçirilən İkinci Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumciya ilə görüşmüşdür.
Azərbaycanla Bosniya və Herseqovinanın iqtisadi əlaqələri müzakirə olunub

Azərbaycan, Bakı, 29 aprel /Trend/

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda keçirilən İkinci Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumciya ilə görüşmüşdür.

Nazirliyin mətbuat xidmətindən rend-ə verilən məlumata görə, görüşdə ölkələrimiz arasında iqtisadi, humanitar və s. sahələrdə mövcud əlaqələrə və əməkdaşlığın genişləndirilməsi imkanlarına dair qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

Şahin Mustafayev Azərbaycan və Bosniya və Herseqovina arasında əlaqələrin inkişaf etdiyini, ölkələrimiz arasında əməkdaşlığın dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını qeyd etmişdir.

Bosniya və Herseqovina nümayəndə heyətinin Azərbaycana növbəti səfəri də əməkdaşlığın inkişafına töhfə verəcəkdir. Vurğulanmışdır ki, Bosniya və Herseqovina Parlamenti Xocalı faciəsinin azərbaycanlılara qarşı soyqırım kimi tanınması haqqında qətnamə qəbul edib, Sarayevoda Xocalı faciəsinin qurbanlarına abidə ucaldılıb. Ölkələrimiz arasında humanitar sahədə həyata keçirilən layihələrin xalqlarımız arasındakı dostluq əlaqələrinin inkişafına xidmət etdiyini qeyd edən Şahin Mustafayev bu sahədə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə vurğulamış, Sarayevoda Fondun dəstəyi ilə əsaslı şəkildə yenidən qurulan əlil kor və məhdud görmə qabiliyyətli uşaq və gənclər üçün mərkəzin fəaliyyət göstərdiyini diqqətə çatdırmışdır. Görüşdə qeyd edilmişdir ki, iki ölkə arasında müqavilə-hüquqi bazanın olması iqtisadi əlaqələrin daha da inkişafına, müxtəlif layihələrin həyata keçirilməsinə imkan verir və perspektivdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial vardır.

Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumciya Azərbaycan-Bosniya və Herseqovina əlaqələrinin inkişafından məmnunluğunu ifadə etmiş, ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini vurğulamışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti