...

Bank Respublika "Faydalı kartlar!" aksiyasına start verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2014 17:21 (UTC +04:00)
Fəaliyyətinin 22 illiyi ərəfəsində Bank Respublika "MasterCard Standard" və "Visa Classic" plastik kartları üzrə aksiya keçirir.
Bank Respublika "Faydalı kartlar!" aksiyasına start verir

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Fəaliyyətinin 22 illiyi ərəfəsində Bank Respublika "MasterCard Standard" və "Visa Classic" plastik kartları üzrə aksiya keçirir.

Bankdan Trend-ə daxil olan məlumata görə, aksiya çərçivəsində 1-31 may tarixlərində plastik kart əldə etmək istəyənlər "MasterCard Standard" və "Visa Classic" kartlarını pulsuz və ilkin mədaxilsiz ala biləcəklər. Həmçinin qeyd olunan kart növlərinin sahiblərinə SMS-xəbərdarlıq xidməti 3 ay müddətinə hədiyyə olunacaq.

SMS-xəbərdarlıq xidmətini aktivləşdirmək üçün kartın sifariş formasında bu xidməti qeyd etmək kifayətdir, ödənişsiz müddət bitəndən sonra xidmət standart tariflə aktiv olacaq.

Bank Respublika plastik kartlarının əlavə üstünlükləri kimi geniş Cash-in funksiyalı bankomatlar şəbəkəsi, MobilBank və yeni istifadəyə verilmiş "İnternet Şöbə" xidmətlərini qeyd etmək olar.

Plastik kartları bankın rəsmi səhifəsində və istənilən filialında sifariş etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti