...

Nazir: Gürcüstan, Azərbaycan və Türkiyə arasında əsl strateji əməkdaşlıq mövcuddur

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2014 17:40 (UTC +04:00)
Gürcüstan, Azərbaycan və Türkiyə arasında əsl strateji əməkdaşlıq mövcuddur. Trend-in məlumatına görə, bunu Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat naziri Georgi Kvirikaşvili Tbilisidə üçtərəfli sammitin yekunları üzrə deyib.
Nazir: Gürcüstan, Azərbaycan və Türkiyə arasında əsl strateji əməkdaşlıq mövcuddur

Gürcüstan, Tbilisi, 6 may /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan, Azərbaycan və Türkiyə arasında əsl strateji əməkdaşlıq mövcuddur. Trend-in məlumatına görə, bunu Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat naziri Georgi Kvirikaşvili Tbilisidə üçtərəfli sammitin yekunları üzrə deyib.

Onun sözlərinə görə, üç ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi vacibdir: "Sammit səmimi şəraitdə keçib. İqtisadiyyat Nazirliyi Bakı-Tbilisi-Ceyhan layihəsi üzərində nəzarətçi qurum kimi layihənin reallaşdırılmasının gedişatı haqqında təqdimat keçirib və hesabat verib. Türkiyə və Azərbaycandan olan həmkarlarımız öz təqdimatlarını keçiriblər. Ölkələrimiz arasında strateji tərəfdaşlıq və əməkdaşlığın olmasını bir daha qeyd etmək vacibdir. Bu gün nəqliyyat, enerji və ticarət sahələrində həyata keçirdiyimiz layihələr vurğulanıb. Azərbaycan və Türkiyə Gürcüstanın ən iri tərəfdaşıdır".

Neft emalı zavodunun tikintisi layihəsinin müzakirə olunub-olunmadığı məsələsinə gəlincə, nazir deyib ki, bugünkü sammitdə bu məsələyə baxılmayıb: "Lakin belə zavodun inşasına böyük maraq var və qurum təklifləri nəzərdən keçirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti