...

"AtaTravel" MMC-dən xüsusi təklif

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2014 10:24 (UTC +04:00)
“AtaTravel” MMC turizm agentliyi Macarıstana cəmi 349 manata Macarıstana turist səfəri təklif edir.
"AtaTravel" MMC-dən xüsusi təklif

Azərbaycan, Bakı, 15 may /Trend/

"AtaTravel" MMC turizm agentliyi Macarıstana cəmi 349 manata Macarıstana turist səfəri təklif edir.

Turun qiymətinə Bakı-Budapeşt-Bakı aviauçuşu, Macarıstanın paytaxtında yerləşən "Medos" hotelində bir dəfə səhər yeməyi daxil olmaqla altı gecə və yeddi gün qalmaq, Budapeştin gəzməli yerlərinə bir günlük ekskursiya daxildir.

"AtaTravel" şirkətinin baş direktoru Vüsal Əliyev qeyd edib ki, bu səyahət təklifi Macarıstana artan maraqdan irəli gələrək işlənib hazırlanıb: "Turizm Macarıstan iqtisadiyyatının əsas hissələrindən biridir. Biz əminik ki, Macarıstan turizm sənayesinin başlıca tərkib hissələrindən olan bənzərsiz paytaxt-kurort Budapeşt, qonaqpərvərlik, min illik mədəniyyət, məsum təbiət, şəfalı sular, musiqi və xalq yaradıcılığı, Balaton gölü, tarixi abidələr, aktiv istirahət, macar mətbəxi Azərbaycan turustlərinin xoşuna gələcək".

Səyahət sığortası "AtaSığorta" ASC tərəfindən verilir.

"AtaHolding" ASC Şirkətlər Qrupuna daxil olan "AtaTravel" MMC turizm agentliyi 2011-ci ildə təsis edilib. "AtaTravel" MMC turizm agentliyi dünyanın istənilən nöqtəsinə səfərlər üzrə çoxsaylı xidmətlər təqdim edir. Şirkət öz müştərilərinə hotellərin, transferlərin, təyyarə biletlərinin və turların, sığorta və vizaların verilməsi üzrə xidmətlər göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti