...

AZAL bu ilin II yarısında Nyu Yorka aviareys açacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2014 09:12 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC (AZAL) 2014-cü ilin payızında ABŞ-a birbaşa hava reysi açacaq.
AZAL bu ilin II yarısında Nyu Yorka aviareys açacaq

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Hava Yolları" QSC (AZAL) 2014-cü ilin payızında ABŞ-a birbaşa hava reysi açacaq. Bunu Trend-ə AZAL sədrinin müavini Sabir İlyasov deyib.

Onun sözlərinə görə, Bakı-Nyu York-Bakı marşrutu üzrə aviareyslərin "Airbus A340" laynerləri və "Boeing" şirkətinin istehsal etdiyi təyyarələr vasitəsilə həyata keçirilməsi planlaşdırılır.

S.İlyasov qeyd edib ki, ABŞ-a hava reysinin açılması payız mövsümünə təsadüf edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti