...

Azərbaycanda tikinti materiallarının istehsalı 25 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2014 18:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir E.Əliyev/

2014-cü ilin yanvar-aprel aylarında Azərbaycanda tikinti materiallarının istehsalı ilə məşğul olan şirkətlər 120,2 milyon dəyərində məhsul istehsal ediblər ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 26,3 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Hesabata əsasən, 2014-cü ilin yanvar-aprel aylarında 803,3 min ton sement (il ərzində artım 42,1 faiz), 33,6 min ton tikinti gipsi (azalma 46 faiz), 511,3 min ton hazır beton qarışığı (artım 29,8 faiz) və 120 min ton asfalt (artım 44,4 faiz) istehsal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti