...

Musa Pənahov: Ölkə iqtisadiyyatına yatırılan bütün investisiyaların 20 faizi Azərbaycanın nəqliyyat sektorunun payına düşür

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2014 12:18 (UTC +04:00)
Hər il Azərbaycan iqtisadiyyatına yatırılan bütün investisiyaların 20 faizi nəqliyyat sektorunun payına düşür.
Musa Pənahov: Ölkə iqtisadiyyatına yatırılan bütün investisiyaların 20 faizi Azərbaycanın nəqliyyat sektorunun payına düşür

Qazaxıstan, Astana, 22 may /Trend, müxbir D.Muxtarov/

Hər il Azərbaycan iqtisadiyyatına yatırılan bütün investisiyaların 20 faizi nəqliyyat sektorunun payına düşür. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov Astanada tranzit-nəqliyyat potensialı üzrə "TransAvrasiya-2014" beynəlxalq konfransı zamanı bildirib.

Nazir müavini deyib: "Son beş il ərzində illik yatırımlar ölkə iqtisadiyyatına yatırılan bütün investisiyaların ümumi həcminin 20 faizini təşkil edir. Son 10 il ərzində daşınmaların həcminin orta artımı illik 5,7 faiz təşkil edir".

M.Pənahov qeyd edib ki, Azərbaycanın tranzit siyasətinin əsası Transavropa və Transasiya nəqliyyat şəbəkələrinin birləşdirilməsidir.

Onun sözlərinə görə, hazırda Bakı-Tbilisi-Qars dəmiryol magistralının tikintisinin aktiv mərhələsi yekunlaşır və onun yaradılması 2015-ci ildə başa çatacaq.

Bundan əlavə, Pənahov onu da bildirib ki, Azərbaycanda yeni beynəlxalq dəniz ticarət limanı tikilir. Ələt qəsəbəsində yeni beynəlxalq dəniz ticarət limanının inşasına 2010-cu ilin noyabrında başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti