...

Bank VTB (Azərbaycan) ASC-nin "Sahil" filialının açılışı oldu (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 May 2014 18:08 (UTC +04:00)
Bu gün Bakı şəhərinin Səbail rayonunda Bank VTB (Azərbaycan) ASC-nin yeni filialının açılış mərasimi keçirildi.
Bank VTB (Azərbaycan) ASC-nin "Sahil" filialının açılışı oldu (FOTO)

Azərbaycan, Bakı, 30 may /Trend/

Bu gün Bakı şəhərinin Səbail rayonunda Bank VTB (Azərbaycan) ASC-nin yeni filialının açılış mərasimi keçirildi.

Filial "Sahil" metrostansiyasının çıxışında, paytaxt əhalisinin sıx məskunlaşdığı ərazilərdən birində, Bülbül prospekti, 7 ünvanında yerləşir.

Yeni filialda fiziki və hüquqi şəxslər hər növ bank xidmətlərindən istifadə edə bilərlər.

Filialın açılış mərasimində Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin və Müşahidə Şurasının üzvləri, həmçinin bankın səhmdarları - VTB Qrupun və "AtaHolding" ASC-nin nümayəndələri iştirak ediblər.

Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin sədri Aleksandr Yeryomin bildirib: "Bu bizim Bakı şəhərində yeddinci satış nöqtəmizdir. Bizim cari ildə böyük planlarımız var. Yaxın aylarda daha bir neçə filialın açılışı olacaq. Belə ki, artıq altı yerdə təmir işləri aparılır. Həmçinin paytaxt ərazisindən kənara çıxaraq, regionlarda - Sumqayıt, Gəncə, Xırdalan şəhərlərində filiallar açılması nəzərdə tutulub. "Sahil" filialı əhalinin sıx olduğu ərazidə yerləşir və biz əminik ki, yeni filial tez bir zamanda gəlir gətirəcək".

Bank VTB (Azərbaycan)

Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün bank 6 filial və baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.

Bank VTB (Azərbaycan) ASC

Mətbuat xidməti

Tel.: (012) 492 00 80

Faks: (012) 437 71 21

E-mail: [email protected] www.vtb.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti