...

TuranBank-ın "MasterCard" kart sahibləri üçün yeni endirim aksiyası

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 May 2014 18:33 (UTC +04:00)
TuranBank-ın "MasterCard" plastik kart müştərilərinə "Qatar Airways" aviaşirkətinin Bakıdan uçuşlarına 10% endirim təqdim edilir.
TuranBank-ın "MasterCard" kart sahibləri üçün yeni endirim aksiyası

Azərbaycan, Bakı, 30 may /Trend/

TuranBank-ın "MasterCard" plastik kart müştərilərinə "Qatar Airways" aviaşirkətinin Bakıdan uçuşlarına 10% endirim təqdim edilir.

Endirim kampaniyası iyunun 1-dən avqust ayının 31-dək davam edəcək.

Endirim yalnız www.qatarairways.com/mastercard-az saytı vasitəsilə istənilən növ "MasterCard" və "Maestro" kartlarından istifadə etməklə "Qatar Airways" aviaşirkətinin Bakıdan uçuşlar yerinə yetirdiyi (Tbilisi və Doha şəhərləri istisna olmaqla) bütün istiqamətlərə əldə edilən biletlərə şamil olunur.

"TuranBank" müştərilərə sərfəli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditləri təklif edir. Bank "Gözünüz aydın!" aksiyası çərçivəsində müştərilərinin gündəlik ehtiyaclarını qarşılamaq məqsədilə özünün "Kiçik Həcmli İstehlak", "Müəllim", "Səhiyyə", "Hərbçi" və "Təqaüdçü" kreditlərinin illik faizlərini endirib. Adıçəkilən kredit məhsullarını illik 20%-dən başlamaqla zaminsiz bankın istənilən filialında əldə etmək mümkündür.

Müştərilərinə maksimal rahat xidmət təklif etmək məqsədilə "TuranBank" Hesab.az elektron xidmətlər portalı ilə birgə həyata keçirdiyi layihə çərçivəsində potensial müştərilərinə bankın kredit məhsullarını onlayn rejimdə Hesab.az saytı vasitəsilə sifariş etmək, mövcud kreditlərini isə ödəmək imkanı yaradıb. Müştərilər kreditlərin onlayn sifariş və ödənişini bankın rəsmi saytı vasitəsilə (www.turanbank.az) də həyata keçirə bilərlər.

"TuranBank" "Sirlər Xəzinəsi" kampaniyası çərçivəsində müştərilərinə yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.

Bankın beynəlxalq statuslu "MasterCard" plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir.

TuranBank-ın "MasterCard" məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda, bank əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.

Hazırda bank öz müştərilərinə Western Union, Contact, Zolotaya Karona, Privatmoney, Blizko, IBA-Express, Lider və Monex kimi geniş çeşidli təcili pulköçürmə sistemləri üzrə xidmət göstərir.

Bankın 14 xidmət nöqtəsi (onlardan 7-si regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz və Qazaxda olmaqla) və 18 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.

TuranBank-ın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti