...

Yeni C–Class Azərbaycanda!

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2014 10:00 (UTC +04:00)
Almaniyanın "Daimler AG" şirkəti tərəfindən 1982-ci ildən bəri istehsal edilən C-Class modelinin ən son yenilənmiş versiyasının Azərbaycanda rəsmi satışlarına başlanılır.
Yeni C–Class Azərbaycanda!

Mercedes-Benz-in yenilənmiş C-Class modeli Azərbaycanda təqdim olundu

Almaniyanın "Daimler AG" şirkəti tərəfindən 1982-ci ildən bəri istehsal edilən C-Class modelinin ən son yenilənmiş versiyasının Azərbaycanda rəsmi satışlarına başlanılır.

İyunun 17-də "Hilton" hotelində Mercedes-Benz-in Azərbaycanda Baş nümayəndəliyi "Avtokapital-Azərbaycan" və minik avtomobilləri üzrə yeganə rəsmi diler "AutoStar Kaukasus" şirkətləri yeni C-Class modelinin rəsmi təqdimat mərasimini keçirdi.

ƏN ÇOX SATILAN MERCEDES MODELİ

Mərasimdə "Avtokapital-Azərbaycan" şirkətinin satış müdiri Elşən Məmmədov çıxış edərək bildirdi ki, C-Class modelinin təqdim edilməsi ilin ən çox gözlənilən və maraq doğuran avtomobil hadisələrindən biridir. Bütün dünyada bu günə qədər 8,5 milyon ədəddən artıq satış rəqəmi ilə Mercedes-Benz-in tarixində ən çox satılmış modeli olan C-Class Azərbaycan bazarında da sevilən modellərdən biri hesab olunur.

Bazara gəldiyi ilk gündən bu günə qədər C-Class modelinə böyük maraq və tələbat olub.

"Bu modelin ən çox satılan modellərdən biri olduğunu nəzərə alaraq, yenilənmiş model ilə bazarda mövqeyimizin daha da möhkəmlənəcəyini, satışlarımızın artacağını gözləyirik", deyərək "AutoStar Kaukasus" şirkətinin satış müdiri Ziya Mahmudov bildirdi.

Həmçinin bildirildi ki, lüks avtomobillərin sıyahısında yer alan Mercedes-Benz C-Class modelini son dəfə 2007-ci ildə yeniləmişdi. 7 il aradan sonra təqdim edilən yeni C-Class sələfinə görə Mersedes-Benzin yeni model sırasındakı son trendlərə xas olan funksional və ifadəli şəkildə hazırlanmışdır. Avtomobilə yandan baxıldığında uzun kapot, geriyə uzanan arxa sərnişin kabineti diqqəti cəlb edir.

"EKONOM" SİNİFDƏN "BİZNES" SİNİFƏ DOĞRU İSTİQAMƏT

Yeni C-Class mənalı və həyəcanverici xarici və birinci sinif salon dizaynı ilə yenilikçi bir yanaşma təqdim edir. İnsan C-Class avtomobilində özünü təyyarə səyahətlərində "ekonom" sinifindən "biznes" sinifə keçilmiş kimi hiss edir.

Yeni C-Class modeli üç dizayn konsepsiyasında təqdim edilir; Avantgarde, Exclusive və AMG. Bu variantlar istifadəçilərə avtomobili daha çox fərdiləşdirmə imkanı ilə təmin edir. Avantgarde dizayn, avtomobilin idman sedan xüsusiyyətini önə çıxardır, Exclusive dizayn incə dizayna və müasir lüksa vurğu edir. C-Class-ın AMG dizayn anlayışı isə avtomobilə tamamilə idman xarakteri qazandırır. Yeni C-Class modelində avtomobilin önündəki Mersedes-Benz nişanı idman görünüşünə üstünlük verənlər üçün radiator barmaqlığı üzərində və ya müasir-klassik dizaynı sevənlər üçün avtomobilin kapotu üzərində olmaqla iki fərqli şəkildə yerləşdirilə bilir.

20%-ə QƏDƏR DAHA AZ YANACAQ SƏRF EDİR

Xüsusi tərkibli alüminium xəlitədən istifadə edilməsi nəticəsində avtomobilin çəkisi 100 kq azalmışdır. Bunun və yeni texnologiyaların hesabına püskürmə və transmissiya sistemində yanacaq sərfiyyatı 20%-dək azalmışdır. Mercedes-Benz-in rahatlıq, təhlükəsizlik və əyləncə sistemlərindəki inkişaf diqqəti xüsusilə cəlb edir. Mərkəzi konsolda (paneldə) yerləşdirilən, smartfonlarda olduğu kimi barmaq hərəkətləriylə bütün əsas funksiyaları asan bir şəkildə istifadə edilməsini təmin edən "touch pad", ön paneldəki geniş məlumat ekranı, idarəçiliyə aid bəzi məlumatların ön şüşəyə əks etdirilməsini təmin edən "Head-up Displey", sürücünü yorğun olduğu zaman xəbərdar edən "Attention Assist" sistemi, arxadan toqquşma risklərinə maneə törədən "Collision Prevention Assist" sistemi, öndəki avtomobil ilə məsafəni nizamlayan "Distronic Plus" sistemi sürücü rahatlığını yeni bir səviyyəyə yüksəldir. Avtomobildə ola biləcək qəzanı hiss edən və sərnişinləri qəzanı ən yüngül şəkildə sovuşdurmağa hazırlayan "Pre-Safe®" sistemi də mövcuddur. Yeni C-Class Tam ötürücü sistemi (4MATIC) və bu sinfdə ilk dəfə tətbiq edilən ön və arxa pnevmatik amartizator (AIRMATIC) da təqdim edilən xüsusiyyətlər arasındadır.

İstifadəçilərin rahatlığa artan tələbatını nəzərə alınaraq C-Class modelində daxili hündürlük 80 mm artırılaraq 2840 mm-ə çatdırılmışdır. Köhnə modellə müqayisədə 95 mm daha uzun və 40 mm daha geniş olan avtomobil, 480 litrlik baqaj həcminə malikdir.

QİYMƏTİ 38000 MANATDAN BAŞLAYIR

Yeni Mercedes-Benz C-Class modeli Azərbaycan bazarında C180 1,6 litrlik, 4 silindirli, 156 at gücündə turbo mühərriklə və C200 2 litrlik, 4 silindirli, 184 at gücündə mühərriklə təqdim ediləcəkdir. Hər iki versiya 7 pilləli avtomatik sürətlər qutusu ilə təchiz edilən təchizatda satışa təqdim olunur. C200-ün 0-100 km/saat sürətlənməsi 7,5 saniyəyə, C180 isə 8,3 saniyəyə baş verir. C200 100 km-ə cəmi 5,3 litr yanacaq sərf edir. Avtomobillərin qiyməti 38000 manatdan başlayır.

Bundan əlavə C-Class modelinin dizel motorlu versiyası olan C 220 CDİ, 170 at gücünə güc və 400 Nm dövretmə gücünə malikdir. Bu avtomobilin 0-100 km/saat sürətlənməsi 8.1 saniyəyə baş verir və ortalama yanacaq sərfiyyatı 4.0 lt/100 km-dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti