...

Azərbaycan Beynəlxalq Bankı yeni lotereya keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Sentyabr 2014 18:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

2014-cü ilin 1 sentyabr - 31 oktyabr tarixləri arasında Azərbaycan Beynəlxalq Bankı (ABB) müştərilərinə telefon nömrələrini yazaraq, mobil telefon qazanmaq şansını verir.

Bankdan Trend-ə verilən məlumata görə, lotereyada iştirak etmək üçün sadəcə Azərbaycan Beynəlxalq Bankının kartı ilə ABB-nin bankomatlarında "Lotereya" menyusundan istifadə edərək, mobil telefon nömrənizi daxil etmək kifayətdir. Lotereyanın qaliblərinə üç mobil telefon hədiyyə ediləcək: Apple iPhone 5s (1-ci yer), Samsung Galaxy S5 (2-ci yer) və Sony Xperia Z1 (3-cü yer).

Qalib təsadüfi seçim yolu ilə müəyyən ediləcək.

Lotereyada ABB tərəfindən buraxılmış bütün kartların sahibləri olan müştərilər iştirak edə bilərlər. Hər müştəri yalnız bir mobil telefon nömrəsini qeyd edə bilər, müştərinin mobil telefon nömrəsi onun öz adına olmalıdır.

Lotereyanın şərtləri ilə daha ətraflı ABB-nin internet səhifəsində tanış ola bilərsiniz: www.ibar.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti