...

Həştərxanda Xəzəryanı ölkələrin biznes forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Sentyabr 2014 17:51 (UTC +04:00)
Sentyabrın 29-da Həştərxanda Rusiya-Azərbaycan-İran-Qazaxıstan-Türkmənistan 5 tərəfli biznes forumu keçiriləcək.
Həştərxanda Xəzəryanı ölkələrin biznes forumu keçiriləcək

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir Zülfiyyə Qurbanova/

Sentyabrın 29-da Həştərxanda Rusiya-Azərbaycan-İran-Qazaxıstan-Türkmənistan 5 tərəfli biznes forumu keçiriləcək. Bu barədə Trend Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən məlumat verir.

Tədbir Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Xəzəryanı ölkələrin dövlət başçılarının 4-cü Zirvə toplantısı çərçivəsində keçiriləcək.

Azərbaycan sahibkarları tədbirdə iştiraka dəvət olunurlar.

Xəzəryanı ölkələri təmsil edən şirkətlərin iştirakı ilə keçiriləcək tədbir çərçivəsində Azərbaycan sahibkarları işgüzar əlaqələr qurmaq və özlərinə tərəfdaş tapmaq imkanı əldə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti