...

BFB depozit portfelinin diversifikasiyasına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2014 13:08 (UTC +04:00)
"Bakı Fond Birjası" QSC kapital bazarları alətləri vasitəsilə daxili maliyyə aktivlərinin diversifikasiyası qərarına gəlib.
BFB depozit portfelinin diversifikasiyasına başlayıb

Azərbaycan, Bakı 3 oktyabr /Trend/

"Bakı Fond Birjası" QSC kapital bazarları alətləri vasitəsilə daxili maliyyə aktivlərinin diversifikasiyası qərarına gəlib. Bu barədə cümə günü Trend-ə BFB-dən məlumat verilib.

Belə ki, BFB ilk dəfə olaraq likvidliyi market meyker tərəfindən təmin edilmiş, yerli korporativ istiqrazlara sərmayə yatırıb.

Bu məqsədlə, müvafiq peşəkar xidmətlərin alınması üzrə "Paşa Kapital" MMC və "İnvest-AZ" MMC ilə broker müqavilələri bağlanılıb.

Məlumat üçün bildiririk ki, yerli istiqraz bazarında bank depozitlərinə nəzərən effektiv gəlirlilik və müddət daxil olmaqla, ümumilikdə daha əlverişli şərtlər artıq formalaşıb. Eyni zamanda, BFB-də ticarət olunan əksər korporativ istiqrazların artıq bazar qiymətinin formalaşması, o cümlədən bazarda market meyker institutlarının mövcudluğu yatırılan vəsaitlərin likvidliyinə təminat verir.

Qeyd edək ki, BFB kapital bazarının yaratdığı bir çox üstün imkanlardan istifadə edərək maliyyə aktivlərinin effektiv yerləşdirilməsi istiqamətində öz investisiya siyasətini davam etdirməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti