...

Azərbaycanda ipoteka kreditləşməsi il ərzində 8 faiz azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2014 13:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir Azad Həsənli/

Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 2014-cü ilin yanvar-avqust aylarında 73,2 milyon manat məbləğində kredit verilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 8 faiz azdır. Trend-in məlumatına görə, bu barədə AİF-in saytında 8 ayın yekunları üzrə dərc edilən statistik hesabatda deyilir.

AİF-in xətti ilə maliyyələşdirməyə başlanandan - 2006-cı ildən 2012-ci ilə qədər 606,29 milyon manat dəyərində ipoteka krediti ayrılıb.

Hesabata görə, 2014-cü ilin səkkiz ayı ərzində bankların əvvəllər ayırdığı kreditlərin yenidən maliyyələşməsinin ümumi həcmi 78,5 milyon manat təşkil edib.

AİF-in müvəkkil bankları tərəfindən verilmiş kreditlərin orta məbləği 39 978 manat, kreditin orta aylıq məbləği - 278 manat, orta faiz dərəcəsi - 6,82 faiz, orta aylıq ödəmə - 318,7 manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti