...

BVF Azərbaycanda inflyasiya proqnozunu yaxşılaşdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2014 19:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbirlər Maksim Tsurkov, Azad Həsənli/

Beynəlxalq Valyuta Fondu (BVF) 2014-cü ildə Azərbaycanda inflyasiyanı 2,8 faiz, 2015-ci ildə isə 3 faiz səviyyəsində proqnozlaşdırır.

Bu barədə Trend BVF-nin dünya iqtisadiyyatının inkişaf perspektivləri üzrə "World Economic Outlook" hesabatına istinadən məlumat verir.

Bu ilin iyununda dərc edilmiş hesabatda inflyasiya 3,5, 2015-ci ildə isə 4 faiz səviyyəsində proqnozlaşdırılırdı.

Ötən il Azərbaycanda istehlak qiymətləri 2,4 faiz artıb, cari ilin ilk 9 ayında isə illik inflyasiya göstəricisi 1,5 faiz təşkil edib.

BVF-nin hesablamalarına əsasən, 2019-cu ildə Azərbaycanda inflyasiya 4 faiz səviyyəsində gözlənilir, halbuki əvvəlki hesabatda istehlak qiymətlərinin artımı 4,95 faiz səviyyəsində göstərilirdi.

İyun hesabatında qeyd edilirdi ki, 2016-cı ildə Azərbaycanda inflyasiya 4,25 faiz, 2017 və 2018-ci illərin hər birində isə 4,95 faiz səviyyəsində gözlənilir.

Hesabatda deyilir: "Proqnozlara əsasən, ÜDM-in artım tempinin və qida məhsullarının qiymətinin azalmasına baxmayaraq, MDB ölkələrində bu il orta inflyasiya 2013-cü ildəki 6,4 faizdən 7,9 faizədək artacaq ki, bu da MDB-nin əksər ölkələrində mübadilə məzənnələrinin azalmasının birbaşa nəticəsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti