...

"Qafqaz İnkişaf Bankı" kapitalını 13 faiz artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2014 13:36 (UTC +04:00)
2014-cü il dekabrın 10-dan Bakı Fond Birjasında (BFB) "Qafqaz İnkişaf Bankı" ASC-nin 7 milyon manat dəyərində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektinin yerləşdirilməsi başlayır.
"Qafqaz İnkişaf Bankı" kapitalını 13 faiz artırır

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir Azad Həsənli/

2014-cü il dekabrın 10-dan Bakı Fond Birjasında (BFB) "Qafqaz İnkişaf Bankı" ASC-nin 7 milyon manat dəyərində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektinin yerləşdirilməsi başlayır.

Trend-in BFB-yə istinadən verdiyi məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 1 manat olan 7 milyon səhm buraxılıb.

Yerləşdirmənin anderrayteri qismində "Çelsi Kapital" MMC çıxış edir. Emissiyanın yerləşdirmə müddəti 2015-ci ilin iyul ayının 15-də başa çatır.

Səhmlərin yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalı 12,73 faiz artaraq 62 milyon manata çatacaq.

Cari ilin avqustun 1-nə bankın nizamnamə kapitalı 55 milyon dollar, məcmu kapitalı 60,62 milyon manat, aktivləri isə 132,47 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti